Bakıda məşhur idmançı qızı belə döydü - FOTOLAR

Bakıdakı karaoke klublarından birində əlbəyaxa döyüş ustası gücünü qadın üzərində sınayıb. Olayın maraqlı yönü odur ki, döyülən qadın da idmançıdır.

Hadisə ötən gecə Yasamal rayonu ərazisində yerləşən məşhur "Famous" karaoke-klubda baş verib.

Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb.

Bu barədə zərərçəkmiş E.Əliyeva Milli.Az-a açıqlamasında başına gələnləri belə nəql etdi:

"Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni, "xeyr" cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi.

Yenə də onu tanımadığımı bildirdim. Əli ilə də qapını elə tutmuşdu ki, çıxa da bilmirdi. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə "ağıllı ol" dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və sillə vurdu. Durub itələdim, bundan sonra yumruq və təpiklər başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib məni tualetin qarşısında ağız-burnumu qan içində görüb".

E.Əliyevanın başına gələnlər bununla da bitməyib. Zərərçəkmiş əlavə etdi ki, İsa onu tualetə salıb bağlamaq istəyirmiş, ancaq dostları yaxınlaşıb polis gəldiyini deyəndən sonra fikri dəyişib:

"Sonra məni "Gelandewagen" markalı, 99 HN 999 markalı avtomobilə saldı. Rəfiqəm klubun mühafizəçiləri və polislərdən kömək istəsə də, aldığı cavab "sən ağzını yum" olub".

Birtəhər canını qurtaran E.Əliyeva 1 saylı Şəhər Xəstəxanasına gedib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bədənindən, başından xəsarət alan E.Əliyeva şəkillərini Milli.Az-a göndərib.

İddialara görə, İ.Əzizov məşhur bir şəxsin övladıdır və belə hərəkətləri bir neçə dəfə olub. Bir neçə gün əvvəl də "Skech lounge"da buna oxşar hadisə törədib.

İ.Əzizovun özü ilə əlaqə saxlamağa çalışsaq da, səylərimiz nəticə vermədi.
Bakıda məşhur idmançı qızı belə döydü - FOTOLARBakıda məşhur idmançı qızı belə döydü - FOTOLARBakıda məşhur idmançı qızı belə döydü - FOTOLARBakıda məşhur idmançı qızı belə döydü - FOTOLARBakıda məşhur idmançı qızı belə döydü - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10129   Tarix: 25 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir" - DEPUTAT

"1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar

31 mart
.

"1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib"

"Erməni millətçilərinin mifik "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləv

31 mart
.

Azərbaycanda 50-yə tibb müəssisəsi TƏMİR OLUNACAQ

Azərbaycanda 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq. -in məlumatına görə, söhbət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan olunan iri satınalmadan gedir. Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxana və digər tibb müəssisələrini

31 mart
.

31 Mart soyqırımından 108 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür. xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-da

31 mart
.

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat

30 mart
.

Bayramdan qayıdan sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətl

30 mart
.

Bu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq

Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub. -in məlumatına görə, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslə

31 mart
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda səhhəti qəfil pisləşən 2 yaşlı uşaq vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Belə ki, martın 30-u saat 07 radələrində 2024-cü il təvəllüdlü qəsəbə sakini Cahangir Şəhriyar oğlu İsgəndərli naməlum səbəbdən qaytarmağa başlayıb. O, xəstəxanay

31 mart