"Land Cruiser" ilə qəza törədən DYP rəisi sərxoş olub? - YENİLƏNİB + FOTO
Şəmkir Rayon DYP-nin rəisinin sərxoş halda maşın idarə edərək qəza törətdiyi barədə yayılan iddialara aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir Rayon DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:
"Bu böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Araşdırma zamanı qarşı tərəfin sürücülük hüququ və etibarnaməsi olmadan avtomobil idarə etdiyi də məlum olub. Hadisə barədə müvafiq araşdırmalara davam edir. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
12:09
Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.
Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı "Land Cruiser" avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn "Mercedes-Benz" markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.
Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.
Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik:

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3795 Tarix: 16 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr