Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydüAstrada kişi arvadını döyüb.

Hadisə rayonun kəndlərindən birində baş verib.

64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Akif Rzayev əvvəlcə deyib ki, arvadı xəstə olduğu üçün özünü yaxşı hiss etmir və ona heç bir xəsarət yetirməyib. Amma o, sonradan əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən qadın isə bildirib ki, Akif onun üçüncü həyat yoldaşıdır. Qeyri-rəsmi olaraq bir yerdə yaşayırlar və 9 yaşlı övladları var. Qadının sözlərinə görə, spirtli içki (araq) almaq üçün pul vermədiyi üçün əri tərəfindən baltanın sapı ilə döyülüb. Tez-tez aralarında belə mübahisələr olur. Zərərçəkən artıq ərinin evə gəlməyini istəmədiyini deyərək, onun cəzalandırılmasını istəyib.

Məhkəmənin qərarı ilə Akif Rzayev 20 gün müddətinə inzibati qaydada həbs olunub. (lent.az)


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 529   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

8 noyabr
.

Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü

Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib. 1986-cı il təvəllüdlü V.Mustafayev evinə gələrkən yeniyetmə oğlunun küçədə siqaret çəkdiyini görüb

21 noyabr
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

7 noyabr
.

Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - Video

Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər. Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayo

21 noyabr
.

Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birg

22 noyabr
.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb

14 noyabr
.

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır

22 noyabr
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15 noyabr
.

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib

21 noyabr