Rusiya əsirliyində olan ukraynalı hərbçilərin və mülki şəxslərin sayı açıqlandı
"Hazırda yarısı qadın olmaqla 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçi Rusiya əsirliyindədir".
Bu sözləri Ukraynada işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk
"Ruslar minə yaxın mülki şəxi ələ keçirib. Onların da yarısı qadındır. Dəfələrlə təkrar edəcəyəm, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmərik. Bu, Cenevrə Konvensiyası ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar. Hər hansı bir şərt qoyulub və Ukrayna tərəfinə mülki şəxslər təhvil verilib. Hərbçilərə gəlincə, bizdə təxminən paritet var. Bizdə onların 700-dən çox hərbçisi var və onlar da təxminən eyni saydadır" deyə nazir əlavə edib.
Aprelin 14-də azad edilən şəxslərlə bağlı danışan Vereşçuk bildirib ki, Rusiya Cenevrə Konvensiyasına əməl etməyib:
"Mən öz ərlərini, arvadlarını gözləyən bütün qohumlara müraciət edirəm. Səbirli olmaq lazımdır, biz hər zaman siyahılar veririk, onların azad olunmasına çalışırıq. Başqa bir məsələ də budur ki, düşmən tərəfi hamını əhatə etmir və yalnız lazım bildiyi şəxsləri təhvil verir".
Qeyd edək ki, aprelin 14-də dördüncü əsir mübadiləsi aparılıb, 22 hərbçi və 8 mülki şəxs azad edilib. Hərbçilər arasında - 5 zabit və 17 sıravi əsgər var.
İlk tam hüquqlu hərbi əsir mübadiləsi martın 24-də baş tutub. Ukrayna 10 işğalçı müqabilində 10 hərbçisini geri qaytarıb.
Aprelin 1-də əsirlərin ikinci mübadiləsi aparılıb. Ukrayna 15-i qadın olmaqla 86 hərbçisini geri qaytara bilib.
Üçüncü əsir mübadiləsi aprelin 9-da baş tutub. 12 hərbçi və 14 mülki şəxs azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
"Anamla atam ailə qurmağımı istəyir"
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA