Bakıda gecəyarısı qonşular arasında qanlı dava – Təfərrüat

Bakıda gecəyarısı qonşular arasında qanlı dava – TəfərrüatBakıda 1983-cü il təvəllüdlü Pərvin mübahisə zamanı qonşusu Novruzu bıçaqlayıb.

Hadisə ötən il avqustun 2-də gecə saat 00.20-də Xocasən qəsəbəsində baş verib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2009-cu ildən paytaxtda anası və qardaşı ilə birgə yaşayır: "Qardaşım Şahmar kombi ustası olmaqla MMC-də texnik, özüm isə Xocəsən yolunda yerləşən "Pepsi" şirkətində fəhlə işləmişəm. Novruzu əvvəllər tanımamışam. Aramızda hər hansı münasibət olmayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 2-də, gecə 00.20-də işdən qayıdarkən məhlədəki dükana daxil olub, pivə alaraq içə-içə dükandan təxminən 300 metr kənarda olan evinə doğru hərəkət edib: "Təxminən 40-50 metr getdikdən sonra döngədə qonşumuz Novruzun qardaşım Şahmarla mübahisə etdiyini gördüm. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Novruz kimliyimi soruşdu və müdaxilə etməməyimi istədi. Mən isə Şahmarın qardaşı olduğumu dedim. Novruza "ağsaqqal" kimi mürciət etdim, nə baş verdiyini soruşdum.

Novruz bir əlini mənim, digərini isə qardaşım Şahmarın çiyninə qoyaraq "gedin ağıllı olun, pivəni xarabanızda için" dedi, mənimlə kobud rəftar etdi. Bir daha Novruza "ağsaqqal" deməklə danışığına fikir verməsini istədim. O isə mənə qulaq asmadı, mübahisə davam etdi. Novruz məni və qardaşımı itələdi, nalayiq ifadələr işlətdi. Onunla əlbəyaxa oldum. Şahmar bizi aralamaq istədi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Novruz bədəncə böyük və ondan güclü olduğundan, gücü çatmayacağını başa düşərək onu qorxutmaq istəyib: "Bu məqsədlə bir gün qabaq "Neftçilər" metrostansiyası ətrafındakı mağazalardan birindən aldığım bıçağı şalvarımın sağ tərəf kəmərinin altından çıxararaq sağ əlimdə tutdum. Onun üzərimə gəlməməsini bildirdim. Lakin Novruz üstümə gələrək sinəmdən itələdi. Əlimdəki bıçaq yerə düşdü.

Bıçağı götürərək Novruzun üzərinə iki dəfə hərlədim. Bıçaq onun sol tərəf bədən nahiyəsinə dəydi. Novruzu bıçaqladığımı gördüm və yaşadığım evə doğru qaçdım. Qardaşım Şahmar da evə gəldi. Novruza xəsarət yetirdiyim bıçağı hadisə yerinə atmışdım. Özüm Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə getdim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Novruzun sözlərinə görə, Şahmarı yaşadığı məhəllənin sakini kimi tanısa da, onun qardaşı Pərvini hadisə baş verən tarixədək tanımayıb:

"Onunla aramızda hər hansı ədavət olmayıb. Lakin Şahmarın yaşadığımız məhlədə pivə içməsi, sərxoş vəziyyətdə məhlədə xoşagəlməz ifadələr işlətməsi, ətraf sakinlərin, eləcə də mənim və ailəmin rahatlığını pozması kimi hallara görə ona bir neçə dəfə xəbərdarlıq etmişdim. Lakin Şahmar sözlərimə heç bir məhəl qoymadı. Bu kimi hərəkətlər təkrar olundu".

Zərərçəkmiş qeyd edib ki, avqustun 1-də saat 22 radələrində Şahmarın məhlədə yenə pivə içərək mobil telefonda yüksək səslə danışdığını görüb: "Ona yaxınlaşdım, bunları öz evinin qarşısında etməsini məsləhət bildim, sonra evimə getdim. Bir neçə saat sonra, yəni artıq 2 avqust, saat 00.20-də evimin qarşısına çıxarkən baxdım ki, Şahmar təkrar məhəllədə pivə içir. Ona bir daha iradlarımı bildirdim. Söhbət edə-edə evlərinə doğru apardım. Evə doğru hərəkət edərkən bir nəfər oğlan bizə yaxınlaşdı, nə baş verdiyini soruşdu. Sualıma cavabda Şahmarın qardaşı Pərvin olduğunu dedi.

Şahmarın evimin qarşısında spirtli içki içib ucadan nalayiq ifadələr işlətməsi, mənim və ailə üzvlərimin, qonşuların rahatlığını pozması, əvvəllər də qardaşını xəbərdar etməm barədə Pərvinə danışdım.

Pərvin iradları qəbul etmək əvəzinə əlindəki pivə şüşəsini uzatmaqla mənə ağıl öyrətməyə ehtiyacı olmadığını, nə etdiklərini yaxşı bildiklərini deməklə cavab qaytardı. Bir daha onlara səs-küy salmamaları və evlərinə getmələri barədə xəbərdarlıq etdim. Gözlənilmədən Pərvin əynindəki şalvarının sağ tərəf kəməraltından bıçaq çıxararaq üzərimə gəldi. Qardaşı Şahmar onu arxadan tutaraq üzərimə gəlməsinə imkan vermədi.

Buna baxmayaraq Pərvin üzərimə gəldikdə, özümü müdafiə etmək məqsədilə sol əlimlə Pərvinin bıçaq tutduğu sağ əl biləyindən tutdum, qolunu buraraq bıçağın əlindən düşməsinə nail oldum.

Pərvin yerdən bıçağı götürərək üstümə hücum çəkdi. Bıçaqla sol qarın və sinə nahiyəmə iki dəfə vurdu. Xəsarət aldığımı gördüm, qonşumuz Həbibdən məni xəstəxanaya aparmasını xahiş etdim. Həbib məni 3 saylı Sabunçu şəhər xəstəxanasına apardı. Üzərimdə cərrahi əməliyyat aparıldı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2097   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr