"Metsamor" AES işini dayandırıb
Ermənistanın Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku illik profilaktik təmir (PPR) üçün dayandırılıb.
Stansiyanın yeganə işləyən enerji blokunda təmir işləri 73 gün davam edəcək.
Cari ildə nüvənin qismən yüklənməsi ilə reaktorun təmiri, 4 və 5 nömrəli baş sirkulyasiya nasoslarının təmiri, 1 və 6 nömrəli əsas sirkulyasiya nasoslarının cari təmiri, 4 və 5 nömrəli buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların orta təmiri nəzərdə tutulub.
İşə yerli işçilər, o cümlədən Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən AES sistemlərinin və avadanlıqlarının təmirində böyük təcrübəyə malik olan mütəxəssislər cəlb olunub. İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.
Ermənistan AES-i İrəvandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. O, VVER-440 reaktorları olan iki enerji blokundan ibarətdir. Stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb. 1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES yenidən işə salınıb, bundan sonra stansiyanın ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.
Atom elektrik stansiyası Ermənistanda bütün elektrik enerjisinin təxminən 40%-ni istehsal edir. 2021-ci ilin noyabrında 2 nömrəli enerji blokunun genişmiqyaslı modernləşdirilməsi üzrə işlər başa çatdırıldı ki, bu da onun istismar müddətini 2026-cı ilə qədər uzatmaq imkanı verdi.
Lakin görünən odur ki, modernləşdirmə işləri yalnız sənədlərdə göstərilir və müəyyən qurumlar üçün görünüş xətrinə edilir. Çünki, 2021-ci ildə bütün avadanlıqları yenilənən AES-in bir il ərzində köhnəlməsi inandırıcı deyil. "Metsamor" AES texniki və mənəvi cəhətdən köhnəlmiş və bütün regiona yüksək təhlükə potensialını yaradan stansiyadır.
Ermənistan təhlükəli "Metsamor" stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar "Metsamor" AES-in bağlanması ilə bağlı Ermənistana siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1215 Tarix: 16 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"
25 oktyabrÖlüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24 oktyabrİran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü
İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista
25 oktyabrTrampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"
ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo
25 oktyabrABŞ-də ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24 oktyabrHamilə olduğunu doğuşa saatlar qalmış öyrəndi
Böyük Britaniyada 41 yaşlı qadın hamilə olduğunu doğuşa cəmi bir neçə saat qalmış öyrənib. xarici mediaya istinadən xəbər verir ki, Semmi Evans adlı qadın qarnında yaranan qeyri-adi şişkinlik səbəbindən həkimə müraciət edib. Məlumata görə, sentyabrın 14-də tibbi müayinədən keçən qadına hamiləlik test
25 oktyabr"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24 oktyabr"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25 oktyabr