Makron rüsvay oldu: Rusiyadan bu cür qorxur
Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusunun Ukraynada mülki şəxsləri qətlə yetirməsini "soyqırım" adlandırmaqdan imtina edib.
Fransa lideri bunu belə izah edib ki, soyqırımı siyasətçilər deyil, hüquqşünaslar müəyyən edir.
Bu, E.Makronun Rusiyadan və konkret olaraq Putindən nə qədər çəkinməsinin, Fransa siyasətini maraqlarının əsiri etməsinin və fransız liderinin öz-özünü ifşasının bariz nümunəsidir.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan illərdir bütün dünyaya hayqırır, 1915-ci il hadisələri ilə siyasətçilərin deyil, tarixçilərin məşğul olması gərəkdiyini bildirir və bütün arxivləri açmağa hazır olduğunu bəyan edir. Ərdoğan beynəlmiləl bir elmi araşdırma aparılması, bu araşdırma qrupuna arzulayan bütün ölkələrdən alimlərin və hüquqşünasların daxil edilməsi çağırışını da etmişdi.
Heç kəsdən səs çıxmadı, Ermənistan isə arxivini açmaqdan imtina etdi. Çünki ümumiyyətlə Ermənistanın arxivi yoxdur, 1915-ci il üçünsə olması mümkün də deyil. Olan "arxiv" yalnız saxta iddialar, böhtan və yalanlardan ibarətdir.
Türkiyə "soyqırım" məsələsinin siyasətçilərin işi olmadığını deyəndə buna əhəmiyyət verməyən ölkələr "erməni soyqırımı" yalanlarını parlamentlərində Ankaraya təzyiq və ermənilərə dəstək üçün qəbul edirdilər və edirlər. Bu əxlaqsız siyasətin başında dayananlardan biri isə məhz Makrondur. 2019-cu ildə Makron 24 apreli qondarma "erməni soyqırımı"nı anma günü elan etmişdi.
Fransanın öz işinə yarayanda Makron həvəslə yalançı iddialara "soyqırım" deyir və soyqırım məsələsinin siyasətçilərin işi olmadığı haqda Türkiyənin çağırışı önündə susur; ancaq Rusiyanın qətliamlarına qiymət vermək lazım gələndə buna Ərdoğanın sözləri ilə cavab verir və qətiyyən utanıb-eləmir. Ağzından çıxan sözlərin ona qarşı istifadə olunacağını da düşünmür.
Bu da Makronun siyasi "gedişidir"...
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
"Anamla atam ailə qurmağımı istəyir"
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA