Bakıda gözəllik salonundan bahalı telefonlar oğurlandı - ANBAAN VİDEO
Bakıda gözəllik salonu və gül mağazasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb. Eyni məzmunlu şikayətlə Nərimanov rayonunda yerləşən gül satılan mağazalardan birindən də Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət daxil olub.
Həmin şəxs isə mağazadan 4400 manat dəyərində 4 ədəd mobil telefonun oğurlandığını bildirib. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində etdiyi oğurluqları etiraf edib. Ətrafında aparılan araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı Rövşən Rəhimov barəsində 18-ci Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Rövşən Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.



Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1124 Tarix: 18 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr