Azərbaycanda iftar süfrəsində zəhərlənənlərin SON DURUMU - YENİLƏNİB + SİYAHI
Göyçayda kütləvi zəhərlənmə hadisəsi rayondakı "Zeynəb" şadlıq sarayında baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, iftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Çox keçmədən məlum olub ki, 12 nəfərdən 10-u zəhərlənib.
Rayonun Çərəkə kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.
Həkimlərin səyi nəticəsində onların hər biri müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıb.
Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. AQTA nümayəndələri hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
10:55
TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
"Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar".
10:34
Göyçayda kütləvi zəhərlənmə olub.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5537 Tarix: 19 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrAraq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü
Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr