Uill Smitin vurduğu sillə həyatını alt-üst etdi - FOTO
94-cü "Oskar" mükafatları mərasimində Kris Roka atdığı sillə Uill Smitə baha başa gəlib.
BAKU.WS xəbər verir ki, dünya mətbuatında "Smitin 14 gün içində başına gələnlər" adlı məqalə dərc olunub. Yazıda aktyorun həyat yoldaşı Cada Pinkett-Smitin və uşaqlarının ondan üz döndərdiyi iddia olunub. Hollivud ulduzunun reabilitasiya mərkəzlərinə müraciət etdiyi və psixoloqlardan kömək istədiyi bildirilib.
Xatırladaq ki, sonuncu "Oskar" mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna reaksiya verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə sillə vurub.
Buna görə də aktyor "Oskar" mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində keçirilən mötəbər tədbirlərdə iştirak edə bilməyəcək. Bununla yanaşı aktyor bir çox böyük layihələrindən də imtina etməli olub.





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2286 Tarix: 20 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabrAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25 oktyabrXəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl
25 oktyabrİtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
25 oktyabr