Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxundu

Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxunduYevlax rayonunda müəllimi və onun oğlunu döyərək xəsarətlər yetirən məktəbliyə cinayət işi açılıb.

"Qafqazinfo"nun məlumatına görə, Yevlax şəhərindəki məktəblərdən birinin 9-cu sinif şagirdi, 2006-cı il təvəllüdlü Rza Bədəlovun (ad-soyad şərti) ötən il noyabrın 1-də Nizami prospektində yerləşən binanın həyətində musiqi müəllimi Səmayə Muradova və oğlu Zamiqi (ad-soyadlar şərti) döyərək xəsarətlər yetirməsinə görə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə iş açılıb.
Məlum olub ki, hadisədən bir neçə gün əvvəl Rza bacılarına müəllimin nəvəsi ilə oynamağı qadağan edib. Bundan sonra S.Muradova küçədə Rzanı görüb və ona irad bildirərək nə üçün nəvəsi barədə təhqiramiz ifadə işlətdiyini deyib. Nəticədə onların arasında mübahisə yaranıb. Evə gələrək hadisə barədə anasına danışan Rza daha sonra onunla birgə müəllimin yaşadığı binanın həyətinə gedib. Orada məktəblinin anası müəllimlə söhbət edərkən S.Muradovanın oğlu Zamiq mənzildən çıxaraq Rzanı uzaqlaşdırmaq istəyib. Məktəbli isə münaqişə yaradaraq qadına və oğluna təpiklə zərbələr endirib. Bu zaman S.Muradovaya məxsus 550 manat dəyərindəki telefon yerə düşərək sınıb. Rza daha sonra yaxınlıqdan keçən şəxsin əlindəki beli alaraq S.Muradova və oğluna yenidən xəsarətlər yetirib.

Yevlax Rayon Məhkəməsində açılmış cinayət işi üzrə proses keçirilib. Məhkəmədə Rza etdiyi hərəkətə görə üzr istədiyini deyib və peşman olduğunu bildirib.

S.Muradova isə məktəbli oğlanın etdiyi hərəkətə görə onu bağışlamadığını və cəzalandırılmasını istədiyini deyib.

Məhkəmə 15 yaşlı Rzanı qeyd edilən maddələr üzrə təqsirli bilib. Onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasının 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə qərar verilib./qafqazinfo.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2162   Tarix: 21 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

11 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr