Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç

Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi KılıçBirinci Dünya müharibəsi zamanı Osmanlı dövləti yeddi cəbhədə döyüşürdü. Müharibəni fürsət bilən erməni silahlı dəstələri arxa cəbhədə, Şərqi Anadolu bölgəsində minlərlə türkü - qadınları, uşaqları və qocaları işgəncə ilə kütləvi şəkildə qətlə yetirib. Osmanlı dövləti də erməniləri Suriya və Livana köçürüb, yəni döyüş meydanından kənara çıxarıb. Bunun adı yerdəyişmədir, soyqırım deyil.

Bu sözləri 24 aprel qondarma erməni soyqırımı "günü" ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Hulusi Kılıç bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən soyqırım iddialarının beynəlxalq müstəvidə müzakirə mövzusuna çevrilməsinin məqsədi aydındır:

"Soyqırım iddiaları erməni diasporunun əsas yaşama səbəbidir, erməni kilsəsi buradan mənfəət götürür. Əfsuslar olsun ki, bəzi ölkələr də əllərində heç bir dəlil və sübut olmadan soyqırım yalanını müdafiə edir. ABŞ və Fransa kimi ölkələr soyqırımın olduğunu iddia edərək yalana imza atıblar. Tarixçilər tarixlə, siyasətçilər də siyasətlə məşğul olmalıdırlar. 1915-ci ildə baş verən hadisələrin küllərində soyqırım iddiası axtaranlara mən Xocalını göstərirəm. Onlar Xocalıya baxmalıdırlar. 1992-ci ildə Xocalı xəritədən silinib, amma həmişə hadisələrə ikili standartlarla yanaşan Qərb burada baş verən soyqırıma göz yumub. Halbuki Xocalıdakı soyqırımın görüntüləri, fotoları və şahidləri var. Ancaq biz deyirik ki, it hürər, karvan keçər".

Diplomatın sözlərinə görə, bu gün daha güclü bir Türkiyə və Azərbaycan var:

"Hətta iki qardaş dövlətin gücünün birləşməsi ilə qüdrətli bir regional güc ortaya çıxıb. Hər kəs bilməlidir ki, bu güc sülh, inkişaf və sabitlik üçündür. Şuşa Bəyannaməsində də qondarma soyqırım iddialarına qarşı birgə əməkdaşlıq nəzərdə tutulub. Erməni diasporu və Ermənistan dövləti, xalqı əsilsiz soyqırım iddialarından birdəfəlik imtina etməli, Türkiyə və Azərbaycanın onlara uzatdığı əlin qiymətini bilməlidir. Çünki bu əldə erməni xalqı üçün çörək var. Siyasi mənfəət qazanmaq üçün yalan iddiaları dəstəkləyənlər tarixdə cinayətkar kimi qalacaqlar. Hazırda erməni gənclərini belə uydurmalarla zəhərləyənlər günahkar və cinayətkardırlar. 1970-ci illərdə Paris, Vyana, Belqrad, Madriddəki və dünyanın bir çox yerində səfir və konsullarımıza qarşı erməni terror təşkilatları xain şəkildə sui-qəsdlər həyata keçirib, terror aktı törədiblər. Nəticədə xeyli sayda diplomatımız şəhid olub. Onların heç bir günahı yox idi, sadəcə sülh üçün çalışırdılar.

Nə edirlərsə etsinlər, haqq öz yerini tapacaq və dövlətlərimizin birgə addımları, qardaşlığı, artan gücümüz və inkişafımız onlar üçün ən yaxşı cavab olacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 937   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25 oktyabr
.

"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib

Konqres qanunvericiləri və Ağ Ev rəsmiləri "OpenAI" və "Anthropic" kimi aparıcı süni intellekt şirkətlərinin rəhbərliyindən narazıdırlar. "Report"un xəbərinə görə, "Axios" bu barədə mənbələrə istinadən məlumat yayıb. Siyasətçilər şikayətlənirlər ki, yüksək vəzifəl

25 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir

Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb

25 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr