Çin Yer kürəsini asteroidlərdən qorumağı planlaşdırır
Çin Milli Kosmik İdarəsi (ÇMKİ) yaxın bir neçə ildə Yer kürəsi üçün təhlükə yaradan asteroidlərin zərərsizləşdirilməsi layihəsini həyata keçirməyə başlayacaq.
Bu barədə idarənin sədr müavini Vu Yanhua bildirib.
"Biz 14-cü Beşilliyin (2021-2025) sonuna qədər və ya 2025-2026-cı illərdə Yer üçün təhlükə yaradan hər hansı asteroidin yaxın məsafədən müşahidəsi texnologiyalarını sınaqdan keçirməyə çalışacağıq. Onların köməyi ilə biz toqquşma həyata keçirəcəyik, bunun nəticəsində bu göy cismi öz orbitindən kənarlaşdırılacaq", - o, Çin Mərkəzi Televiziyasına deyib.
ÇMKİ rəhbərinin müavininin sözlərinə görə, Çin planet üçün təhlükə yaradan obyektlər barədə əvvəlcədən məlumat verəcək effektiv yer və kosmos sistemi yaratmağa hazırlaşır. Eyni zamanda çinli mütəxəssislər bu cür göy cisimlərinin yaxınlaşmasının qarşısını ala biləcək texnologiyalar hazırlamağı planlaşdırırlar:
"Beləliklə, Çin bir daha öz töhfəsini verəcək. Bunun vasitəsilə bəşəriyyət asteroidlərin Yer üçün yaratdığı təhlükəyə həqiqətən də qarşı çıxacaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 885 Tarix: 24 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat
19 iyul"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı
Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər
19 iyulDünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr
21 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulRusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19 iyul