PUTİN GENERALLARA QARŞI... - "Generalların vədləri Putini təngə gətirib və o, getdikcə psixə dönür"

PUTİN GENERALLARA QARŞI... - "Generalların vədləri Putini təngə gətirib və o, getdikcə psixə dönür""Generallar və Putin arasında çox ciddi münaqişə yetişir"

Artıq Putin ilk günlərdən anlayıb ki, Ukraynadakı müharibə onun istədiyi ssenari üzrə getmir və qarşıda şiddətli döyüşlər gözlənilir. Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Putinin gərgin və çox həyəcanlı olması da əsasən bununla bağlıdır.

Amma maraqlıdır ki, reallığı nəzərə alan Putin bir tərəfdən hərbi əməliyyatların mövcud vəziyyətə uyğun aparılmasını istəyir, digər tərəfdən isə hərbi komandanlıqdan 9 may Qələbə gününə kimi döyüş meydanında mühüm və həlledici qələbə qazanılmasını tələb edir.

Ekspertlərin fikrincə, Kremldən verilən göstərişlərin xoşagəlməz nəticələrə gətirdiyini görən rus generalları gələcəkdə baş verəcək uğursuzluqlara görə cavabdehlik daşımamaq üçün günahkar axtarışına çıxıblar.

"AzPoltika.info" xəbər verir ki, Ukraynanın "Apostrof.ua" portalında dərc olunan "Putin generallara qarşı: Kreml füreri hansı vəziyyətə düşüb" başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqaləni təqdim edirik:

Günahkar axtarışı

Ukarynadakı uğursuzluqlar fonunda Rusiya hakimiyyətinin yuxarı eşalonunu əsaslı surətdə "iki böyük sual" narahat edir: kimdir günahkar və nə etməli?

Rusiya hərbi komandanlığı ilə xüsusi xidmət orqanları rəhbərliyi Ukraynaya qarşı aparılan müharibədə Kremlin ilkin ssenarisinin uğursuzluqla nəticələnməsinin günahını bir-birilərinin üstünə atmağa çalışırlar.

"Penta" Tətbiqi Siyasi Təhqiqatlar Məkəzinin rəhbəri Vladimir Fesenko vəziyyəti belə şərh edir: "İndi daxili qarşıdurma nəinki ayrı-ayrı strukturlar(Hərbi Kəşfiyyat, Müdafiə Nazirliyi və FTX) arasında, həm də həmin strukturların özünün içində də gedir. Hərbi uğursuzluqların səbəbini təhlil etmədən günahkar axtarışına çıxıblar.

Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu 29 martda keçirilən selektor müşavirəsində ictimaiyyətə bəyan etdi ki, Ukraynadakı hərbi əməliyyatlar plan üzrə gedir və indi Kreml komandanlığı güclərini Donbasın azad edilməsinə yönəldəcək. Şoyqunun bu sözləri təbliğat xarakterlidir. Axı, Kiyevin zəbt olunmamasına bəraət qazandırmaq lazımdır.

Xersona girmək müəssər olsa da, ruslar digər vilayətləri ala bilmədilər. Ona görə də Rusiya komandanlığı demək istəyir ki, onlar guya, elə hər şeyi əvvəlcədən məhz indiki vəziyyətə görə planlaşdırıblar. Heç sözsüz ki, onlar ilk başdan paytaxt Kiyevi ələ keçirmək fikrində olublar".

Putinin 9 may planı

Sergey Şoyqunun "Donbasın azad edilməsi" ilə bağlı sözlərinə baxmayaraq, Ukraynanın hərbi-siyasi rəhbərliyi hesab edir ki, Putin Ukrayna dövlətinin məhv edilməsi planından qətiyyən əl çəkməyib. Axı, nəyə görə Kreml rəhbəri qeyri-adekvat planların həyata keçirilməsi ilə bağlı sayıqlamalarını davam etdirir?

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bunu belə izah edir: "Putin şablon və bayağı rəmzlərdən öz rejimini saxlmaq üçün istifadə edir. Kremlin siyasi sisteminin özəyinin elementlərindən biri SSRİ-nin nasist Almaniyası üzərindəki "Qələbə günü"dür və bu, 9 may tarixində qeyd olunur. Putin Ukraynaya qarşı təcavüzünün zəfərlə bitməsini həmin günə calamaq niyyətindədir. O, bu günü müqəddəs gün hesab edir və ona görə də hərbi komandanlıq qarşısında həmin günə kimi Ukraynadakı müharibənin qələbəylə başa vuruluması tapşırığını qoyub. Biz anlamalıyıq ki, irəlidə hələ çoxlu döyüşlər olacaq".

Anoloji məlumatlar ABŞ hərbi kəşfiyyatından da gəlir. Onlar əmindirlər ki, Putin üçün 9 maya kimi döyüş meydanında hansısa irəliləyiş, müəyyən bir üstünlük lazımdır. Amma Rusiya ordusunun komanda heyətinin və əsgərlərin döyüş ruhuna nəzər salsaq, onların bu tapşırığın öhdəsindən gələ biləcəkləri böyük sual altına düşür.

Hərbi ekspert Oleq Jdanov deyir: "Putin hələ ki, heç bir nəticə görmür, generallar ona döyüş meydanındakı nailiyyətlər barədə məlumutalar verə bilmirlər. Ona görə də generallar və Putin arasında çox ciddi münaqişə yetişir. Bir tərəfdən Putin qələbənin nə zaman olacağı ilə maraqlanır, digər yandan isə generallar "sabah biz hər yeri ələ keçirəcəyik" vədləri verirlər. Artıq bu cür vədlər Putini təngə gətirib və bu səbəbdən o, bərk əsəbləşir, psixə dönür".

Generalların gizli oyunları

Moskvanın daim öz təcavüzkar planını dəyişməsi Rusiya ordusunun və digər güc strukturlarının strateji və taktiki cəhətdən uğursuzluğa düçar olduğunu göstərir. Hal-hazırda istər Kreml, istər Federal Təhlükəsizlik Xidməti və istərsə də Baş Qərargah Rusiya fürerinin hakimiyyətdə olduğu illər ərzində qurmuş olduğu mürəkkəb münasibətlər sisteminin girovundadırlar.

Əslində, Putin özünün uydurduğu "vahid xalq", "ukraynalı nasistlər", "Ukraynanı Lenin yaradıb" və bu kimi digər axmaq illüziyaların əsirinə çevrilib. Digər yandan isə milyardlarla büdcə vəsaitini "ordunun silahlanması və modernləşdirilməsi" adı altında yeyib dağıtmış Rusiya generaliteti nəhayət, Ukraynada bataqlığa saplanıb.

Kreml füreri özünün yaratdığı xüsusi aləmdə yaşayır, generallar isə Ukrayna ilə bağlı perspektivlər və döyüşlərin nəticələri barəsində ona qəsdən yalan məlumatlar verirlər.

Ordu araşdırmaları, konversiya və silahsızlaşdırma mərkəzinin rəhbəri Valentin Badarak "Apostrof.ua" ilə söhbətində deyib: "Putinin ətrafı müxtəlif səbəblər üzündən ona "bəzədilmiş" məlumatlar təqdim edə bilər. Birincisi, həqiqəti danışmaqdan qorxurlar. Biz Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Təhlükəsizlik Şurasının yığıncağında dilinin necə dolaşmasının və dxr ilə lxr-in müstəqilliyinin tanınması ideyasını dəstəklədiyini söyləyə bilməməsinin şahidiyik. İkincisi, Rusiya Baş Qərargahındakı generallar Ukrayna ilə müharibənin real olaraq nəyə gətirib çıxaracağını bildiklərindən susurlar ki, Putin səhv etsin. Yəni, qoy özü özünü yandırsın".

Döyüş meydanında baş verənlərə dair obyektiv məlumatların Putindən gizlədilməsinin açıq əlamətlərini bu yaxınlarda onun Kiyevin ünvanına göndərdiyi ultimatumdan da görmək mümkündür. Rusiyanın hərbi resurs qıtlığı çəkməsinə baxmayaraq, o, Kiyevin qarşısında Krım, Donbas və NATO-dan imtina etmək tələbi qoyur.

Putinin öz xüsusi xidmət orqanları və ordu generalları tərəfindən dezinformasiya ilə "yemlənməsi" versiyası Qərb kəşfiyyatçıları, hərbçiləri və jurnalistləri arasında geniş yayılıb. Böyük Britaniya kəşfiyyatı bildirir ki, Putinin Ukrayna barəsindəki hesablamalarının yanlış çıxmasının səbəblərindən biri də ətrafının ona həqiqəti söyləməkdən ehtiyat etməsilə əlaqədardır. Bu, təkcə orduya yox, həm də Federal Təhlükəsizlik Xidmətinə, Milli Qvardiyaya da aiddir. Məsələn, Milli Qvardiya hətta uğursuzluğa düçar olmuş müharibədən özü üçün fayda götürməyi arzulayır. Çünkü belə bir vəziyyət onların Kremldəki mövqeyini daha da gücləndirə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, 9 may tarixinə kimi rusların Ukraynada nəinki qələbə qazanacaqları, hətta hansısa vacib üstünlük əldə edə biləcəkləri belə qətiyyən inandırıcı görünmür. Bu çətin tapşırığın yerinə yetirilməsi üçün Putinin çox az vaxtı qalıb."


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1766   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25 oktyabr
.

"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib

Konqres qanunvericiləri və Ağ Ev rəsmiləri "OpenAI" və "Anthropic" kimi aparıcı süni intellekt şirkətlərinin rəhbərliyindən narazıdırlar. "Report"un xəbərinə görə, "Axios" bu barədə mənbələrə istinadən məlumat yayıb. Siyasətçilər şikayətlənirlər ki, yüksək vəzifəl

25 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Nigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir

Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb

25 oktyabr
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24 oktyabr