Bayden "soyqırım" dedi, Ankara hərəkətə keçdi

Bayden "soyqırım" dedi, Ankara hərəkətə keçdiABŞ Prezidenti Co Bayden 24 aprel 1915-ci il erməni hadisələri ilə bağlı çıxışında bu il də "soyqırım" ifadəsini işlədib.

Türkiyə Xarici İşlər Nazirliyi Baydenin bəyanatına sərt cavab verib.

"1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa uyğun gəlməyən bəyanatlar etibarlı deyil. Bura ABŞ Prezidenti Baydenin 2021-ci ildə etdiyi səhvin təkrarı olaraq bugünkü uğursuz bəyanatı da daxildir. Siyasi motivlərlə tarixi faktları təhrif edən belə bəyanatlar və qərarları rədd edir, bu səhvi təkidlə təkrarlayanları qınayırıq. Tarixən düşmənçilik çıxarmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli, seçmə yanaşmalar mənəvi cəhətdən problemli və siyasi baxımdan zərərlidir. Humanitar, vicdanlı mövqe etnik və dini ayrı-seçkilikdən asılı olmayaraq, o dövrdə yaşanan bütün iztirabları anmağı tələb edir. Türkiyə ermənilər də daxil olmaqla bütün Osmanlı əhalisinin yaşadığı acıları hörmətlə yad edir. Biz bu ağrını siyasi material kimi istifadə etmə cəhdlərini rədd edirik. Türkiyə 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrlərinin qərəzsiz, elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalı və ədalətli hafizəyə qovuşmalı olduğu qənaətindədir. Türkiyə bu anlayışla Müştərək Tarix Komissiyasının yaradılmasını təklif etdi və onun arxivlərini açdı", - cavabda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2589   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bild": Sorğuda iştirak edən Almaniya vətəndaşlarının yalnız 15 %-i Mertsin işindən razıdır

Almaniyada getdikcə daha çox vətəndaş kansler Fridrix Mertsin fəaliyyətindən narazıdır. "Report" xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA tərəfindən keçirilmiş növbəti sorğunun məlumatlarından aydın olur. Nəticələrə görə, sorğuda iştirak edənlərin yalnız 15 %-i Mertsi

7 iyun
.

Dənizdə bir həftə qalan çinli turist sağ tapılıb

Çində bir həftə açıq dənizdə qalan 39 yaşlı turist xilas edilib. xəbər verir ki, bu barədə HNTV məlumat yayıb. Məlumata görə, çinli turist təsadüfən Haynan adası yaxınlığında dənizə düşüb və sahilə çıxa bilməyib. O, təxminən bir həftə ərzində xilasetmə vasitəsi olmadan suda qalıb və sağ qalmaq üçün yalnı

7 iyun
.

Yaponiyada "ağıllı ayı" dəhşət saçır

2025-ci ildə Yaponiyada ayılar tərəfindən törədilən hücumlar nəticəsində rekord sayda - 13 nəfər həyatını itirib. Xilasedicilər və ovçular aqressiv heyvanları zərərsizləşdirsə də, bu tədbirlər vəziyyəti dəyişmir. Bu yaxınlarda isə insanların qarşısına tutulması heç cür mümkün olmayan "həddində

7 iyun
.

Türkiyədə zəlzələ: Kahramanmaraş silkələndi

Türkiyədə Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerin təqribən 12 kilometr dərinliyində, yerli vaxtla saat 13:12-də meydana gəlib. Təbii fəlakət nəticəsində hə

3 iyun
.

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Dünyanın ən çox çay içən ölkələri açıqlanıb. xəbər verir ki, siyahı adambaşına içilən illik çay miqdarı əsasında hazırlanıb. Həmin siyahını təqdim edirik:. 1. Türkiyə - 3,16 kq. 2. İrlandiya - 2,19 kq. 3. Birləşmiş Krallıq - 1.94 kq. 4. İran - 1,50 kq. 5. Rusiya - 1,38 kq. 6. Mərakeş - 1,22 kq. 7. Yen

6 iyun
.

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Şevçenko kəndinə nəzarəti ələ keçiriblər

6 iyun
.

Fransalı milyarder sərvətini övladlarına verməkdən imtina etdi, qanunu dəyişməyə çağırdı

Fransalı milyarder Pyer-Eduar Steren beş övladının 1.4 milyard avroluq sərvətindən bir sent belə almaması üçün Fransanın varislik qanunlarını dəyişdirməyə çalışdığını bildirib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, "Smartbox" şirkəti sayəsind

6 iyun
.

"Ferrari" komandasının rəhbəri Monakoda xəstəxanaya yerləşdirilib

"Formula-1" üzrə dünya çempionatında yarışan "Ferrari" komandasının rəhbəri Frederik Vassyör Monakoda xəstəxanaya yerləşdirilib. -ın məlumatına görə, bu barədə "Ferrari"nin mətbuat xidməti məlumat yayıb. "Vassyör bu gün trekdə olmayacaq. Bir neçə tibbi müayinədən sonr

6 iyun
.

Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir

Bəhreynin Xarici İşlər Nazirliyi (XİN) İranın onun ərazisinə etdiyi hücumları, eləcə də Küveytə endirdiyi zərbələri pisləyib. "Report" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi məlumatında bidirilib. Bəyanatda Bəhreyn və Küveyt silahlı qüvvələrinin yüksək döyüş hazırlığı v

6 iyun