Kadırovun Putinlə xoşagəlməz söhbəti olub
Vladimir Putinin Ramzan Kadırovla qoşunlarının döyüş hazırlığı ilə bağlı çox xoşagəlməz söhbəti olub. Söhbət Kiyev yaxınlığındakı işğalçı qoşunların tərkibində "Kadırovtsılar"ın məğlubiyyətindən sonra olub.
Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Meduza portalına müsahibəsində deyib.
"Onlardan ən azı 10 500 nəfər ("kadırovçular") Kiyev yaxınlığında idi; xüsusilə Buçada, bu, mənim dəqiq gördüyüm rəqəmdir. Təxminən bir o qədər də Mariupol yaxınlığında idi. Onların nə qədəri ora Kiyev yaxınlığından gəlib və nə qədər olduğunu ayrı-ayrılıqda söyləmək çətindir. Ümumilikdə deyə bilərik ki, onlar 25 minə yaxın idilər - təkcə Çeçenistandan deyil, ümumilikdə Qafqaz respublikalarından", - deyə Arestoviç bildirib.
Sonxeber.az konkret.az-a istinadən bildirir ki, plana görə, onlar Kiyevi ələ keçirməli idilər, lakin paytaxt ətrafındakı əməliyyat bölgələrində "kadırovçular"ın kolonları ən azı üç dəfə dağıdılıb. Arestoviç bildirib ki, ukraynalı topçular və pilotlar eyni anda 30-40 maşına atəş açıblar. Kadırovun qoşunları da Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə toqquşmadan sonra yerüstü pusqulara düşüb və ciddi itki veriblər.
Söhbət Kiyev yaxınlığında işğalçıların məğlubiyyətindən sonra olub.
"Onların əhval-ruhiyyəsi dərhal aşağı düşdü - bizim qoşunlarla döyüşə girmədən, sadəcə aviasiya və artilleriya zərbələrindən sonra. Əldə etdiyimiz məlumata görə, sonra Kadırovun Putinlə real döyüş qabiliyyəti barədə çox xoşagəlməz söhbət olub", - deyə Aretsoviç davam edib.
Daha sonra "kadırovçular" Mariupola köçürülüb. Kadırov şəxsən ora general-leytenant rütbəsi aldığına görə, öz qoşununun qarşısında çıxış etmək üçün gəlib. Aretoviçin dediyinə görə, bundan sonra "kadırovçular" döyüşlərdə iştirakının sübutu kimi səhnələşdirilmiş videolar çəkməyə başlayıb.
Xatırladaq ki, son videoların birində Kadırovun əsgərləri növbəti dəfə aşağı döyüş qabiliyyətini nümayiş etdirib. Döyüşçü minaatanı təkbaşına doldura bilməyib və ruslardan birinin bunu etməsini gözləyib.
Əldə etdiyimiz məlumata görə, döyüşlərdə 5 min "kadırovçu" öldürülüb.
Qeyd edək ki, Kadırovun ordusu nəinki Ukraynda, hətta Rusiyada belə "Tik-Tok döyüşçüləri", yaxud "TikTokerlər" adlandırılırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 4332 Tarix: 24 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar
ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic
25 oktyabrHörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola
25 oktyabrGürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla
25 oktyabrƏr-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25 oktyabr"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24 oktyabrNigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir
Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb
25 oktyabrÖlüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24 oktyabr