Timsah çayda təbii ehtiyacını ödəmək istəyən adamı yeyib
Hindistanın Uttar Pradeş ştatında timsah çaya yaxınlaşıb təbii ehiyacını ödəmək istəyən 20 yaşlı gənci yeyib.
Sürünənin hücumu nəticəsində Katarniaqhat təbiət qoruğu yaxınlığındakı kənddə qohumlarıgildə qonaq qalan Dipu adlı hindistanlı ölüb. O, əmisi oğlu ilə birlikdə kanalın kənarında tualet ehtiyacını ödəməyə qərar verib. Bu zaman gözlənilmədən sudan nəhəng timsah çıxıb və dişləri ilə onu tutaraq suyun altına çəkib.
Kəndlilər köməyə qaçsalar da, onlar hadisə yerinə çatanda nə Dipu, nə də yırtıcını tapa biliblər. Güclü su axını və başqa timsahlarla da qarşılaşma riski olduğundan heç kim suya girməyə cəsarət etməyib. Dalğıclar da suyun səviyyəsi aşağı düşənə qədər kanala enməyə risk etməyiblər.
Axtarış-əməliyyat işlərini təşkil etmək üçün polis və meşə resursları idarəsinin nümayəndələri yerli irriqasiya idarəsi ilə əlaqə saxlamaq və meyitin axtarışı zamanı kanala suyun buraxılmamasını xahiş etmək məcburiyyətində qalıblar./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1909 Tarix: 26 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 2021