Saakaşvili əlil ola bilər
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o dərəcədə ciddidir ki, bu, onun əlil olmasına, hətta ölümcül nəticələrə gətirib çıxara bilər.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze deyib.
Onun sözlərinə görə, Saakaşvilinin tezliklə hər hansı xarici ölkədə müalicə almasına ehtiyac var.
Qeyd edək ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Saakaşvilinin səhhətinin qəfil pisləşməsi barədə müxalifət nümayəndələrinin yaydığı məlumatları təkzib edib. Xidmət bildirib ki, gürcü siyasətçi daim intensiv tibbi müşahidə altındadır və bütün tibbi xidmətlərlə təmin olunub.
Xatırladaq ki, ötən həftə məhkəmə prosesi zamanı Saakaşvili qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsib və həkim yardımı tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1850 Tarix: 26 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25 oktyabr"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"
25 oktyabrTramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
25 oktyabr