300 dollarlıq konfet və 15 dollarlıq peçenye: II Elizabetin sevimli yeməkləri
Kraliça II Elizabet 70 illik hakimiyyəti dövründə, xüsusən də gündəlik işləri ilə bağlı bir çox vərdişlərə sahib olmuş bir insandır.
Ülyahəzrət hər səhər eyni vaxtda oyanır və eyni qrafikə uyğun hərəkət edir. Yuxudan oyandığı zaman ilk gördüyü işlərdən biri şəkərsiz və südsüz, berqamot ətirli bir fincan "Earl Grey" çayı içməkdir. Desert üçün isə kral ailəsinin keçmiş aşpazı Darren Makqredinin dediyinə görə, kraliça "British Chocolate Bath Olivers" və "Pink Champagne Truffles"a üstünlük verir.
"Bu, xırtıldayan, vam odda bişmiş peçenyelərin üzərinə gəzdirilmiş bol tünd şokolad – tərkibi mayaotu, səməni və əlbəttə ki, tünd şokoladdan ibarət olan, 1930-cu illərin patentləşdirilmiş reseptindən istifadə etməklə hazırlanmış dadlı biskvit delikatesidir", – deyə aşpaz bu məhsulu təsvir edib.
Yeri gəlmişkən, "kral" peçenyeləri elə də ucuz deyil, 200 qramlıq qablaşdırma Böyük Britaniyada sizə təxminən 14 dollara başa gələcək. Məlumdur ki, kraliça şirniyyatı çox sevir və yaxınları onu hətta "şokoqolik" kimi də qələmə verirlər.
"Ülyahəzrət tam bir şokolad həvəskarıdır. Tərkibində şokolad varsa, menyuya daxil etdiyimiz hər şeyə, xüsusilə də şokoladlı piroqa razılığını verirdi", – deyə Bukingem sarayının keçmiş əməkdaşları qeyd ediblər./oxu.az



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1576 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini
25 oktyabrNigeriyada yeni evlənənlərə qeyri-adi toy hədiyyəsi verilir
Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb
25 oktyabrPolşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
24 oktyabrMeqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb
Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı
25 oktyabr