Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... – VİDEO

Bu qadının başına gələnləri heç filmlərdə də görməmisiniz... – VİDEOAzərbaycan Televiziyası dünyada aktual olan problemə - qadınlara qarşı zorakılığa diqqət çəkmək məqsədilə bədii-sənədli film hazırlayıb.

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Gözbağlıca" adlı film gerçək hekayələr əsasında çəkilib.

Filmin qəhrəmanı olan qadınlardan 4-ü başına gələnlərdən danışır. Hekayələri fərqli olsa da, hər biri şiddət qurbanıdır. Qəhrəmanlar müsibətlərdən qaçaraq qadın sığınacağına pənah gətiriblər. Onlar acı talelərini psixoterapevtə danışaraq məsləhət gözləyirlər.

Filmdə mütəxəssislə danışan qadınlardan biri iddia edir ki, onun yaşadıqlarını heç kim yaşamayıb, o ağrılı illəri heç filmlərdə belə görmək mümkün deyil.

Filmdəki sonuncu hekayə isə artıq həyatda olmayan bir qadından bəhs edir. O, əri tərəfindən eyvandan atılaraq qətlə yetirilib. Bu, şiddətin ən ağır nəticəsidir.

Bədii-sənədli filmin adının "Gözbağlıca" seçilməsi isə təsadüfi deyil.

Belə ki, əslində, uşaq oyunu olan gözbağlıca filmdə bir simvol kimi seçilib: həyatını, taleyini gözüyumulu seçənlərin alleqoriyası.

Qeyd edək ki, sadəcə 2021-ci ildə Azərbaycanda 70 qadın öldürülüb, 24 qadın xəsarət alıb.

Bəs bu şiddətin səbəbi nədir? Kimdir günahkar: təkcə şiddət göstərənlər, yoxsa buna göz yuman hər kəs?

Film bu suallara cavab tapmağa bir cəhddir.

"Gözbağlıca"nın quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayevdir.

Bədii-sənədli film aprelin 29-u saat 18:25-də AzTV-də yayımlanacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1227   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından öldü

Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib. Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşka

22 dekabr
.

Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi

Pirəkəşkül və Ağdərədə 22-26 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkü

22 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Vacib XƏBƏRDARLIQ - Qarşıdakı 3 gün...

Üç gün geomaqnit qasırğası olacaq. Bu barədə -a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir

22 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

"AzCosmetics"in rəhbərinə ölkədən çıxmaq qadağası qoyuldu - Yalan məlumata görə

Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən "AzCosmetics" MMC rəqib şirkət ("AzEstetik Group" MMC) barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

22 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Elşad Kəlbəliyev cəzadan azad edildi

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, 4 nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə" futbol klubunun prezidenti​ Elşad Kəlbəliyev cəzadan azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, amnistiya aktı ona da şamil edilib. Xatırladaq ki, E.Kəlbəliyev "Qurtulu

22 dekabr