Putin Ukraynada "yekun müharibə" elan etməyə hazırlaşır: Bütün ölkəni səfərbər edəcək - keçmiş NATO liderindən Qərbə xəbərdarlıq …

Putin Ukraynada "yekun müharibə" elan etməyə hazırlaşır: Bütün ölkəni səfərbər edəcək - keçmiş NATO liderindən Qərbə xəbərdarlıq …Rusiya qoşunları Putinin Ukraynanı "nasistlərdən" təmizləmək üçün "xüsusi hərbi əməliyyat" adlandırdığı hücumlarla fevralın sonunda Ukraynaya daxil olub. Bununla belə, işğalın üçüncü həftəsində istənilən nəticəni əldə edə bilməyən Rusiya hərbiyyəsi Putini rus qoşunlarının kütləvi hücumuna və münaqişənin genişlənməsinə imkan verəcək müharibə elan etməyə çağırıblar.

Rusiya mənbələri və Qərb rəsmilərinin bildirdiyinə görə, Putin Qələbə bayramı şənlikləri zamanı Ukraynaya "yekun müharibə" elan etməyə hazırlaşır.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiya lideri Rusiyanın qələbə günü paradından istifadə edərək kütləvi səfərbərlik elan edə bilər.

NATO-nun keçmiş lideri Riçard Şerif isə xəbərdarlıq edib ki, Qərb Ukraynada Rusiyaya qarşı "ən pis ssenariyə" hazırlaşmalıdır. İngiltərə də daxil olmaqla bir çox ölkə İkinci Dünya müharibəsində müttəfiqlərin faşist Almaniyası üzərində qələbəsinin ildönümünü mayın 8-də qeyd etdiyi halda, Rusiyada saat fərqinə görə bu tarix mayın 9-na düşür.

"Telegraph" nəşri Rusiyadakı hərbi mənbələrə istinadən yazır ki, hərbçilər Kiyevə hücumun uğursuzluqla nəticələnməsindən hiddətləniblər: "Orduda olan insanlar keçmiş uğursuzluqları kompensasiya etmək üçün yollar axtarır və Ukraynada daha da irəli getmək istəyirlər".

Bu həftənin əvvəlində Rusiya hərbçilərinin Putinin Ukraynaya müdaxiləni məhdudlaşdırmasından qəzəbləndiyi və Rusiya liderini münaqişəni yenidən gərginləşdirməyə çağırdığı bildirilir. Britaniya naziri Uolles Rusiyanın İkinci Dünya Müharibəsinin başa çatmasını qeyd edən qələbə günü paradında Putinin "nasistlərə" qarşı yeni müharibə elan edə biləcəyini deyib.

Putin ordusunun hərbi hədəflərin ilk dalğasında uğursuzluğa düçar olması ilə Moskva bütün səylərini Ukraynanın həm şərq, həm də cənub sahillərini ələ keçirməyə yönəldib. Lakin işğalın ilk aylarında olduğu kimi Rusiya qüvvələri Kiyevin əzmkar ordusu qarşısında dirənişlə qarşılaşır. Bəzi analitiklər Putinin mayın 9-da hansısa qələbəsini elan edə biləcəyi mövqedə olmaq istədiyini düşünürdülər. Ancaq, Uolles deyir ki, Putin fürsətdən istifadə edərək "nasistlər" adlandırdığı hərbçilərə qarşı yeni müharibə elan edə və xalqını ukraynalı müdafiəçilərə qarşı kütləvi təbliğatla səfərbər edə bilər. "Putin mayın 9-da "Biz nasistlərlə müharibə edirik" deyərək rus xalqını kütləvi şəkildə səfərbər etmək istəsə, təəccüblənmərəm", – Uolles deyib.

Bir neçə gün əvvəl Putin Rusiyanın Ukraynadakı müharibəsinə "müdaxilə" etməyə cəsarət edən hər kəsə qarşı nüvə silahından istifadə edəcəyini bildirmişdi. NATO-nun keçmiş lideri Şerif Rusiyanın Ukraynaya hücumlarını ikiqat artıracağını və xalqına bunun doğru addım olduğunu bildirməkdə israrlı olacağını bildirib: "Ən pis ssenari Rusiya ilə müharibədir. Ən pis ssenariyə hazırlaşaraq Putini çəkindirməliyik, çünki nəticədə Putin gücə hörmət edir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1621   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

Süni intellektlə yaradılan viruslar antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmaq məqsədilə ilk dəfə insana yeridilib. Eksperimentin nəticələri isə hələlik açıqlanmır. xəbər verir ki, bu barədə ABŞ-nin "Radical Numerics" şirkəti məlumat yayıb. Laboratoriya şəraitində süni intellek

25 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24 oktyabr
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25 oktyabr