Türkiyə NATO-nun "Tiger Meet" təlimində iştirakdan imtina edib
Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri 9-20 may tarixlərində Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun "Tiger Meet" təlimlərində iştirakdan imtina ediblər.
Bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Türkiyə tərəfinin bu addım atmasına səbəb Yunan tərəfinin iki ölkə arasında olan problemlər üzrə spekulyasiya etmək üçün təlimlərin ssenarisinə texniki əlavələr daxil etməsi olub.
Ankara Afinanın hərəkətlərini qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb. Türkiyə tərəfinin təlimlərin ssenarisinə əlavələrin ləğvi ilə bağlı təkidli tələbi rədd cavabı alıb. Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri aprelin 22-də Afinaya rəsmi olaraq "Tiger Meet"də iştirakdan imtina etdiklərini bildiriblər.
Türkiyə Yunanıstan hakimiyyətinin NATO təlimlərindən siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərini pisləyib.
"Yunanıstanın mövqeyi NATO çərçivəsində dostluq və əməkdaşlığı gücləndirmək məqsədi daşıyan təlimlərin mahiyyətinə zərbə vurur. Bundan başqa, Türkiyənin hüquq və mənafeyini pozmağa cəhdlər də var", - deyə mənbə bildirib.
Qeyd edək ki, "Tiger Meet" təlimləri ənənəvi olaraq NATO-nun müxtəlif üzv ölkələrində keçirilir. 2005 və 2015-ci illərdə bu təlimlər Türkiyədə keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1172 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulİzmirdə 39 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində keçirilən əməliyyatlar zamanı 39 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Məlumat
19 iyulPentaqon Yaxın Şərqə bir qrup qırıcı təyyarə yerləşdirir
ABŞ regiona əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərərək Yaxın Şərqdəki hərbi hava qruplaşmasını artırır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Mövcud məlumatlara görə, Yaxın Şərq regionuna Almaniyadakı "Şpanqdalem" aviabazasında
19 iyulCNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb. "B
19 iyulİnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?
Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"
20 iyulYaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi
ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli
19 iyulDünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?
Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf
20 iyul