Düşənbə ilə Bişkek "hakim" axtarışında: Hər iki tərəf Rusiyadan imtina edir

Düşənbə ilə Bişkek "hakim" axtarışında: Hər iki tərəf Rusiyadan imtina edirUkrayna ilə müharibə dünyanın diqqətini bir çox münaqişə ocaqlarından müvəqqəti olsa da, yayındıra bilib. Düzdür, həmin gərginlik ocaqlarında müvəqqəti sakitlik hökm sürür, lakin hər an partlaya biləcək mina rolunu saxlayır. Belə gərginlik ocaqlarından biri də Mərkəzi Asiyanın iki ən narahat ölkəsi - Qırğızıstan və Tacikistan arasında yaşanan sərhəd münaqişəsidir.

Bununla bağlı "Kaspi" qəzetində məqalə dərc edilib.

Tərəflər arasında gərginlik ilin əvvəlindən bəri bir neçə dəfə qızışıb, hər iki tərəfdən ölən və yaralananlar olub. Maraqlı olan Rusiya siyasiləri və mediasının bu məsələyə münasibətidir. Onların gəldiyi yekun mövqe ondan ibarətdir ki, Rusiyanın bu münaqişənin həllində vasitəçiliyi zəruri və mütləqdir. Hətta Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) vasitəçiliyini irəli sürürlər. Lakin maraqlıdır ki, hər iki ölkənin prezidentləri buna lüzum olmadığını bildiriblər. Çox güman ki, bu da Kremli narahat etməyə bilməz və preventiv addımların atılacağı gözləniləndir.

Bu kontekstdə Tacikistan prezidenti Emomali Rahmonun açıqlaması maraq doğurub. O bildirib ki, dövlətlər arasında sərhəd məsələləri yalnız danışıqlar və diplomatiya yolu ilə həll edilə bilər. Rus mediası yazır ki, yüksək səviyyəli görüş Qırğızıstan liderinin məşğulluğuna görə təxirə salınır: "Aprelin 19-20-də o, Azərbaycanda rəsmi səfərdə olub. Qırğızıstan tərəfi də münaqişənin həllinin əsas şərti kimi sülhə çağırır, lakin Bişkek və Düşənbə təkbaşına sərhəddə sabitliyi təmin edə bilməz". Qırğız prezidenti Sadır Japarov isə qeyd edib ki, 972 km-lik sərhəddən 308 km-də tərəflər razılaşıb. Və ardınca da təsdiqləmə prosesinin ləng getməsindən şikayətlənib. "Bu, mübahisəli ərazilərin çox olması ilə bağlıdır. Ən əsası odur ki, sülh lazımdır, o zaman biz hər şeyi hər iki tərəfin maraqlarına uyğun həll edə bilərik", - deyə Japarov "Tvitter" səhifəsində yazıb. Emomali Rahmon bildirib ki, Tacikistan hökuməti dövlət sərhədinin demarkasiyası üzrə danışıqların tezliklə aparılmasında maraqlıdır. "Başqa yol yoxdur" deyən tacik lider qeyd edib ki, sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin əlaqələndirilməsi və onun demarkasiyası çox mürəkkəb prosesdir və mütəxəssislərdən çox vaxt və səy tələb edir.

Suqd rayonunun sərhədyanı İsfara şəhərinin rəhbərliyi və fəalları ilə görüşdə Rahmon sakinləri emosiyalara təslim olmamağa çağırıb: "Mən bir daha isfaralılara xatırladıram ki, qonşuları ilə sülh şəraitində yaşayıb işləməlidirlər. Qarşılıqlı anlaşma və mehriban qonşuluq, onlarla ünsiyyətdə olmaq və mehriban əməkdaşlıq qurmaq, dözümlü olmaq və emosiyalara boyun əyməmək zəruridir".
Qırğız prezidenti da öz növbəsində prezidentlik müddəti başa çatana qədər sərhəd problemini həll etmək niyyətində olduğunu bildirib. O, həmçinin qırğız xalqını yalan məlumat yaymamağa çağırıb. "Bəli, sərhəd problemi var. 30 ildir həllini tapmayan problem böyük diqqət və uzaqgörənlik tələb edir. Hazırda danışıqlar aparılır. Bir çox təsvir edilməmiş kilometrlər var. Bu vaxt tələb edir. Mən prezidentlik müddətim bitənə qədər bu məsələni həll etmək niyyətindəyəm", – o, "Tvitter"də yazıb. Toqquşmalar tez-tez mübahisəli ərazilərdə, bəzən də silahdan istifadə ilə baş verir. İki dövlət müstəqillik əldə etdikdən sonra ən böyük münaqişə 28-30 aprel 2021-ci il tarixlərində baş verib. Nəticədə Qırğızıstan tərəfdən 154 nəfər yaralanıb, ikisi uşaq olmaqla 36 nəfər həlak olub. Tacikistan rəsmiləri 19 nəfərin öldüyünü və 87 nəfərin yaralandığını rəsmi olaraq açıqlayıb.

Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazyev rus mediasına müsahibəsində iddia edib ki, sərhəd münaqişəsi hər iki tərəfdən daxili maraqları naminə manipulyasiya edilir: "Tacikistanda bu, ata Emomali Rahmondan oğul Rüstəmə keçiddir. Qırğızıstanda isə yeni prezident sərt hakimiyyət vertikalı qurur və "güclü əl" nümayiş etdirir. Hər iki respublikada bu mübahisəni ən yüksək səviyyədə həll etmək istəyi yoxdur. Bu münaqişə mövcud olduğu üç onillikdə çoxşaxəli xarakter alıb və çətin ki, dövlət başçılarının qərarı ilə onu aradan qaldırmaq mümkün olsun". Amma ən əsası, ekspertin fikrincə, güzəştə getmək istəyi olmalıdır ki, bu da ortada yoxdur. "Respublikaların rəhbərliyi təslim olmağa hazır deyil - hər bir tərəf "tarixi torpağımız" kimi anlayışlara müraciət edir. Bu anlaşılmazlıq divarını qırmaq lazımdır", - deyə Knyazyev bildirib.

"Təcrübə" olduğundan, yerli sakinlər arasında hər hansı mübahisənin sərhəddə atışma ilə bitəcəyini istisna etmir. "İntensivlik səviyyəsi fərqli ola bilər, hətta olmaya da bilər, amma problem həll edilməyəcək. Maraqlıdır ki, növbəti dava başlayanda qoşunların vaxtından əvvəl sərhədə çəkildiyi üzə çıxır. Bu onu göstərir ki, hər iki tərəfdə münaqişəni həll etmək istəyi yoxdur. Hərbisizləşdirilmiş zona yaratmaq, sərhədlərin mübahisəli hissələrindən məsafəni ayırmaq və hər iki tərəfdən bütün hərbi birləşmələri geri çəkmək lazımdır. Amma onun effektiv işləməsi üçün kimsə buna nəzarət etməlidir. Rusiya tərəfi bir dəfə vasitəçilik təklif etsə də, hər iki tərəf bundan imtina edib. Demilitarizasiya rejiminə riayət olunmasına nəzarət etmək üçün sülhməramlı missiya təqdim edə bilən KTMT var. Lakin tərəflər bununla da razılaşmayıblar", - deyə ekspert bildirib. Əlavə edib ki, əgər Rusiyanın və KTMT-nin təkliflərini bəyənmirlərsə, o zaman bu işlə Çinin iştirakı ilə ŞƏT məşğul olsun. Lakin hər iki dövlət buna qarşı da çıxış edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1051   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

Süni intellektlə yaradılan viruslar antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmaq məqsədilə ilk dəfə insana yeridilib. Eksperimentin nəticələri isə hələlik açıqlanmır. xəbər verir ki, bu barədə ABŞ-nin "Radical Numerics" şirkəti məlumat yayıb. Laboratoriya şəraitində süni intellek

25 oktyabr
.

10 km hündürlükdən düşüb sağ qalmışdı - Dünyanı heyrətləndirən qadının HEKAYƏSİ

1972-ci ildə 22 yaşlı serbiyalı stüardessa Vesna Vuloviç aviasiya tarixinin ən inanılmaz hadisələrindən birinin qəhrəmanına çevrilib. O, təxminən 10 min metr yüksəklikdə parçalanan təyyarədən yerə düşməsinə baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə 1972-c

25 oktyabr
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24 oktyabr
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25 oktyabr