Vətən müharibəsində Gürcüstandan Ermənistan-Rusiya trafikinə VETO – Heç bir yük daşınmayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirak edib və burada vacib açıqlamalar verib. Açıqlamalarda Ermənistana, konkret olaraq Nikol Paşinyana, o cümlədən Kremlə, Avropaya, qonşumuz Gürcüstana ünvanlanmış xüsusi mesajlar var. İlham Əliyev bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycan Gürcüstandan Rusiyadan Ermənistana hava və qurudan silah ötürülməsinin qarşısını almağı xahiş edib. Gürcüstan həmin tələbi yerinə yetirib və buna görə Azərbaycan Gürcüstana minnətdardır: "Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq".
44 günlük müharibəsi zamanı Gürcüstan elan etdi ki, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara görə Gürcüstan hökuməti qurudan iki ölkəyə hərbi təyinatlı malların daşınmasını müvəqqəti dayandırır.
Müxtəlif məlumatlar var ki, Gürcüstan hətta hansısa məqamda Ermənistana "humanitar yardım"ın daşınmasına da qadağa qoyub və bu, hətta Gürcüstanın erməni əhalisini də qəzəbləndirib. Samtsxe-Cavaxetinin Kartsax kəndində 44 günlük müharibə zamanı Türkiyə-Gürcüstan dövlətlərarası yolu "humanitar yüklər"in hərəkətinə qadağa əlaməti olaraq bağlanıb, yük maşınlarının dövlətlərarası sərhəddən gün boyunca keçməsinə icazə verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Qızıl bazarında son vəziyyət
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Qızılın qiyməti kəskin ucuzlaşdı
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi