Putinin 7 və 3 yaşlı iki oğlu var - KİV
Rusiya prezidenti Vladimir Putinin 2015 və 2019-cu illərdə doğulmuş iki oğlunun olduğu iddia edilir.
İddianın mənbəyi İsveçrənin "SonntagsZeitung" qəzetidir. Mətbuat orqanında dərc olunan yazıda qeyd olunur ki, bu uşaqları keçmiş olimpiya çempionu Alina Kabayeva dünyaya gətirib.
Qəzet mənbə olaraq hər iki doğuşu qəbul etdiyi bildirilən həkimin tanışını göstərir.
İddia edilir ki, uşaqlardan biri İsveçrədə, digəri isə Moskvada dünyaya gəlib.
Qeyd edək ki, bir çox Qərb mediası son vaxtlar Alina Kabayevanın Putinlə yaxınlığı barədə yazıb.
Bu yaxınlarda "The Wall Street Journal"da dərc olunan məqalədə Kabayevanın İsveçrədə bir malikanədə qaldığı iddia edilib. Nəşrin anonim mənbələrə istinadən yazdığı məqalədə qeyd olunur ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu yaxınlarda Kabayevaya qarşı sanksiyaları dayandırıb. Məlumatda o da vurğulanır ki, Amerikanın yüksək rütbəli məmurları Rusiya prezidenti Vladimir Putinin reaksiyasından və Rusiya ilə münasibətlərin daha da kəskinləşməsindən ehtiyat ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2799 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Broyler toyuqlarında da koronavirus aşkarlandı
Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb
16 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021