İmran Xana ölüm cəzası verilə bilər
Pakistanın keçmiş baş naziri İmran Xan "küfr"də ittiham olunub.
Cinayət işi Pəncab əyalət polisi tərəfindən Məhəmməd Naimin tələbi ilə Xanın özü, onun rəhbərlik etdiyi "Təhriki İnsaf" partiyasının əsas üzvləri və bir neçə keçmiş nazir də daxil olmaqla, 150 nəfərə qarşı qaldırılıb.
İddiaya görə, Xan və tərəfdarları ötən cümə axşamı Səudiyyə Ərəbistanına səfəri zamanı yeni baş nazir Şehbaz Şərifə qarşı mitinq təşkil ediblər.
Qeyd edək ki, Şərif və nümayəndə heyətinin üzvləri Mədinədə "Məscid ən-Nəbəvi"ni ziyarət edərkən, yüzlərlə insan onun əleyhinə şüarlar səsləndirməyə başlayıb. Pakistanlı zəvvarlar olduğu güman edilən şəxslərin "oğru" və "xain" deyə qışqıraraq Şərif və onun nümayəndə heyətinə qarşı nalayiq ifadələr işlədiblər. Səudiyyə rəsmiləri insidentdə iştirak etdiyi iddia edilən beş Pakistan vətəndaşını həbs edib. Pakistanın özündə isə İslamın ən müqəddəs məkanlarından birində baş verənlər "küfr" kimi qiymətləndirilib.
İmran Xan və onun tərəfdərlarının günahı sübut edilərsə onları 10 il həbsdən tutmuş ölüm hökmünədək müxtəlif cəzalar gözləyir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2633 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23 oktyabrRobert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
24 oktyabrKomaya düşdüyü deyilirdi - Çinə səfər etdi
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb. Kim Çen Inın Çinə səfəri bu yaxınlarda Dandun bölgəsində iki ölkə arasında yeni açılan körpü vasitəsilə baş tutduğ
24 oktyabrDonald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
25 oktyabrLatviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
25 oktyabr