Azərbaycanlı alim İranda edam EDİLƏCƏK

Azərbaycanlı alim İranda edam EDİLƏCƏKİran Ali Məhkəməsinin qərarı ilə İsrailin xarici kəşfiyyatına ("Mossad") casusluqda ittiham olunan İran və İsveç vətəndaşı, əslən Azərbaycan türkü Əhmədrza Cəlali mayın 21-dək edam ediləcək.

Qeyd olunub ki, Ali Məhkəmə Əhmədrza Cəlalinin İsrailin xeyirinə casusluq etdiyi üçün barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Bildirilib ki, hökm mayın 21-dək icra olunacaq.

Məlumata görə, onun İranın nüvə proqramı ilə bağlı İsrailə ötürdüyü məxfi informasiyalar nəticəsində iranlı iki nüvə alimi öldürülüb.

Onlardan biri İranın aparıcı nüvə fiziki Möhsün Fəxrizadədir. Alim 2020-ci ilin noyabrın 27-də öldürülüb. İran tərəfi iddia edib ki, onun ölümündə İsrailin xüsusi xidmət orqanları iştirak edib.

Qeyd edək ki, Güney Azərbaycandan olan alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı saxlanılıb. O, İsrailin xeyrinə casusluq ittihamı ilə həbs edilib. Daha sonra 2017-ci ildə məhkəmə alimi edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.

Əhmədrza Calali tibb məktəbini bitirdikdən sonra İranda Təbii Fəlakətlər Mərkəzində çalışıb. O, təhsilini davam etdirmək üçün 2009-cu ildə İsveçə köçüb və doktorluq dərəcəsi alıb. Ə.Cəlali professorluğunu İtaliyada Pierre Mento Universitetində bitirdikdən sonra həyat yoldaşı və iki uşağı ilə İsveçə məskunlaşıb. Onun Pierre Mento Universitetindəki layihəsi az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq olub./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3184   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

24 oktyabr
.

Argentina məhkəməsi prezidentə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı işi rədd etdi

"La Nacion" qəzetinin verdiyi məlumata görə, Argentina məhkəməsi prezident Xavyer Milliyə qarşı kriptovalyuta qalmaqalı ilə bağlı qaldırılan işi ləğv edib. xəbər verir ki, Federal hakim Marselo Martinez de Georgi prezidentin hərəkətlərində heç bir cinayət tərkibi olmadığı qənaətinə gəldi. Keçə

24 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?

Süni intellektlə yaradılan viruslar antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmaq məqsədilə ilk dəfə insana yeridilib. Eksperimentin nəticələri isə hələlik açıqlanmır. xəbər verir ki, bu barədə ABŞ-nin "Radical Numerics" şirkəti məlumat yayıb. Laboratoriya şəraitində süni intellek

25 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

24 oktyabr
.

ABŞ Geoloji Xidməti bildirir ki, Vanuatu yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, şənbə günü Vanuatu adasının Sola şəhərindən təxminən 200 km (124 mil) qərbdə 7,2 bal gücündə zəlzələ baş verib. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin ocağı 10 km (6,2 mil) dərinlikdə olub. Müəllif: İlkin Məmmədkərimo

24 oktyabr
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24 oktyabr
.

ABŞ-da ilginc yatırım: Klonlaşdırılmış itlər ordusu yaradılır

ABŞ-da ordu üçün xidməti itləri klonlaşdırmaq və genetik modifikasiya etmək üçün startap yaradılır. Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Startap proqram təminatı sahibkar Ben Lammın köməyi ilə yaradılır. İmzalanmış müqaviləyə əsasən startap ölkə daxilind

23 oktyabr