Bakıda internatda ölən yeddi yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bakıda internat məktəbində yaşayan şagirdin ölümü ilə bağlı açıqlama verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixində həmin məktəbdə vəfat etməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub:
"Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından "Təcili Tibbi Yardım" çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq, 16 may 2022-ci il tarixində saat 06:00 radələrində vəziyyəti qəflətən ağırlaşaraq vəfat edib.
Qeyd edək ki, S.Vəliyeva 2021-ci ilin oktyabr ayında kəskin respirator infeksiyası, neyrotoksikoz diaqnozu ilə stasionar şəraitdə uzunmüddətli müalicə alıb. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda araşdırma davam etdirilir.
16:26
Bakıda internat məktəbində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb. 7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3603 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabr