2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texniki sazlığını təmin etməsi, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə isə yolda görünmələri üçün zəruri tədbirlər görməsi xüsusi əhəmiyyət daşıyır".

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Məlumata görə, cari ilin ilk 9 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsinin qeydə alınması, həmin hadisələrdə 9 nəfərin həyatını itirməsi və 8 nəfərin xəsarət alması ciddi narahatlıq doğurmaqla yanaşı, qaydalara əməl etməyin və şəxsi təhlükəsizlik tədbirləri görməyin həyati əhəmiyyətini göstərir:

"Respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxslər xüsusilə ehtiyatlı olmalıdırlar. Sutkanın qaranlıq vaxtı və ya görünmənin məhdudlaşdığı şəraitdə lazımi tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və müvafiq avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.

Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçi xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidir. Velosiped texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, onun idarə edilməsinə mane olan yük və ya sərnişin daşınmamalıdır".

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitələrini idarə edən digər şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 175   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021