Buğda və gübrə satışına qadağalar: Dünyanı çörəklə sınağa çəkmək alınacaq? - AÇIQLAMA

Buğda və gübrə satışına qadağalar: Dünyanı çörəklə sınağa çəkmək alınacaq? - AÇIQLAMADünyada buğda ajiotajı yaranan kimi Hindistan Ticarət Nazirliyi bu məhsulun ixracı ilə bağlı Azərbaycan da daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul etdi.

Yerli medianın Hindistan mətbuatına istinadən dərc etdiyi məlumatlarda qeyd olundu ki, hökumətin yüksək səviyyəli rəsmiləri Hindistanın dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətində olduğunu deyirlər.

Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün bazarı diqqətlə izlədiyini də bəyan etdi. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir. Mart ayında yayılan məlumat, deyəsən, özünü doğrultmayacaq.

Çünki mayın 14-də xarici mediada Hindistanın buğda ixracını qadağan etdiyinə dair məlumatlar yayılıb. Hətta ölkənin Ticarət və Sənaye Nazirliyi qadağanın dərhal qüvvəyə mindiyini bəyan edib.

Müvafiq qərar bir çox amillər səbəbi ilə dünyada buğda qiymətinin qəfil qalxması, bunun nəticəsində Hindistanın, qonşularının və digər həssas ölkələrin ərzaq təhlükəsizliyinin risk altında olması nəzərə alınaraq verilib.

Bəs indi buğda ixracı ilə bağlı məsələdən ölkələr necə təsirlənəcək?

Rusiya, Ukrayna və Qazaxıstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bir anda Hindistan da taxıl ixracına qadağa qoyduğunu elan edir. Təbii olaraq buna müxtəlif səbəblər irəli sürülür, ilkin ehtimallardan biri isə puldur, yəni satışı gerçəkləşdirmək niyyətində olan Hindistanın taxılı daha baha satmaq istəyi.

Ekspertlərin bir qismi satışın müvəqqəti dayandırıldığını qeyd edir.

Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?

İqtisadçı ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında Hindistanın dünya taxıl istehsalçıları arasında ilk üçlüyə girdiyini deyib:

"Dünyada taxıl istehsalının 13-14 faizi Hindistanın payına düşür. Lakin buna baxmayaraq, Hindistan dünya taxıl ixracında cəmi bir faiz paya sahibdir. Əhalisi çox olduğuna görə istehsal etdiyi taxılın əsas hissəsi daxili bazara gedir.

Bizim taxıl idxalının 75 faizi xaricdən olur ki, burada əsas oyunçular Rusiya, Qazaxıstan, Ukraynadır. Biz Hindistandan taxıl idxal etmək fikrinə düşsəydik belə, o, bazarda Rusiya, Ukrayna və Qazaxıstanı əvəz etmir. Çünki Hindistandan Azərbaycana taxıl gətirmək, onsuz da, baha başa gələcəkdi. İdxal prosesi Hind okeanı vasitəsilə həyata keçiriləcəyi üçün sərf etmir -məsafə böyükdür, gəmi və digər nəqliyyat vasitəsilə daşınmanın qiymətini nəzərə alsaq, əvvəlki qiymətlərlə müqayisədə yenə də baha almış oluruq. Bu nöqteyi-nəzərdən Hindistanın bu sahədə qərarları bizi çox da qayğılandırmır".

Ekspert qeyd edir ki, Rusiya dünya bazarına taxıl ixracını dayandırmayıb:

"Sadəcə olaraq iyunun 30-na qədər Avrasiya İqtisadi Birliyi ölkələrinə qısamüddətli tətbiq edilən məhdudiyyət var. Buna da səbəb həmin ölkələrin normadan artıq taxıl almasıdır. Bu baxımdan taxılın qiymətləri artır və artmağa da davam edəcək. Hindistanın bazardan çıxıb-çıxmaması, məhdudiyyət tətbiq edib-etməməsi də özündən narahat olması ilə əlaqəlidir. Gələcəkdə öz ölkəsində taxıl qıtlığının yaşanmaması üçün çalışır, bu səbəbdən Hindistanın qərarları birbaşa Azərbaycana təsir etməyəcək".

Hindistanın buğda ixracına qadağası ilə eyni zamanda Çin və Rusiyanın gübrə satışını dayandırması da bazarda vəziyyəti gərginləşdirib.

Bazarın bu seqmentinin 40 faizini idarə edən ölkələrin bir anda belə qərar verməsi ümumi vəziyyətə, xüsusilə Azərbaycana necə təsir göstərəcək?

Millət vəkili Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan gübrə qiymətlərində artımlar müşahidə edilirdi:

"Eyni zamanda həm Avropa, həm də Asiya bazarında gübrənin qiymətində artımlar var. Digər tərəfdən, fosforlu gübrələrin qlobal ixracatının 30 faizi Çinin payına düşür. Son dövrlərdə bu məhsulların da qiymətində artım var. Hələ 2021-ci ildə dünya bazarında fosforlu gübrələrin qiyməti 60 faizə qədər yüksəlmişdi.

Azərbaycan idxal etdiyi gübrənin əhəmiyyətli hissəsini Rusiyadan alırdı və həmin məhsulların da qiymətindəki artım onun xərcinin artmasına gətirib çıxarır. Sözsüz ki, ölkəmiz gübrəyə olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödədiyi üçün dünya bazarındakı qiymət artımları Azərbaycana idxal edilən gübrənin xərcinə, qiymətinə təsir edir. Paralel olaraq azot gübrəsinin və digər gübrələrin qiymətlərində də artım var".

Ekspert əlavə edib ki, Dövlət Gömrük Komitəsinin statistikası da onu göstərir ki, bir ton gübrənin idxal dəyəri orta hesabla 565 dollar olub:

"Bu da əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir. Dünya bazarında qiymət artdığı üçün ölkəyə idxal edilən gübrənin qiyməti də artır. Bu isə yerli istehsalın genişləndirilməsi və zavodlarda gübrənin istehsalının həyata keçirilməsini vacib edir. Çünki bu məqamda əsas hədəf tələbin yerli istehsal hesabına ödənilməsi olmalıdır.

Biz təklif etmişdik ki, indiki məqamda vacib məqamlardan biri fermerlər üçün subsidiyanın baza qiymətinin artırılmasıdır. Fermerlərə gübrə alışına görə verilən subsidiya məbləğlərinin artırılması məqsədəuyğundur. Yəni qiymət artımlarının təsirinin hiss edilməməsi üçün subsidiya məbləğlərinin artırılmasına diqqət ayrılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2325   Tarix: 17 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Neft qiymətləri artmaqda davam edir

Neft qiymətləri, əvvəlki gün kəskin artımdan sonra cümə səhəri yüksəlir və bu artım nəticəsində Brent 4 maydan bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,75 dollar (0,66 faiz) çox, bir barel üçü

23 oktyabr
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur. 9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvəl

27 oktyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Brent bir barel üçün 114,61 dollara düşdü

Yaxın Şərqdəki gərginliyin azaldılması ümidləri fonunda neft qiymətləri çərşənbə axşamı səhəri düşməyə davam etdi. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollara düşüb. Bazar ertəsi günü Brent markal

27 oktyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr