Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıb

Gürcüstanın Azərbaycana əczaçılıq məhsulları satışından qazancı 18 % artıbBu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 22,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın əczaçılıq məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 110 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 22 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstan Özbəkistana 57,7 milyon ABŞ dolları, Ermənistana 8,65 milyon ABŞ dolları, Tacikistana 3,58 milyon ABŞ dolları, Belarusa 3,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları satıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 141,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib ki, bunun da 28,1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 691   Tarix: 08 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA

Maaş və pensiyaların artırılması müəyyən kateqoriyadan olan vətəndaşların gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir göstərə bilər. Bu artımların əhalinin istehlak xərclərinə, əmək bazarına və ümumi iqtisadi aktivliyə təsiri ilə yanaşı, qiymətlərin dəyişməsi və inflyasiya baxımından mümkü

5 oktyabr
.

AQP: Sentyabrda avtomobil bazarında median qiymətlər 1 %-dən çox artıb

Azərbaycanda izlənilən 9 kütləvi avtomobil modelinin median təklif qiyməti avqust ayı ilə müqayisədə orta hesabla 1,1 % artıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin sentyabr ayı üzrə təhlilinə əsasən xəbər verir. Məlumata görə, hesabat ayında avtomobil satış elanlarının say

12 oktyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Qızılın qiymətində yeni göstəricilər

Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9

8 oktyabr
.

Yerli məhsullar niyə xaricdən gələnlərdən bahadır? - Səbəblər açıqlanır - İQTİSADÇIDAN AÇIQLAMA

Supermarketlərdə yerli istehsal olunan bəzi məhsulların xarici analoqlarından daha baha satılması diqqət çəkir. Eyni kateqoriyaya aid məhsullar arasında qiymət fərqinin yaranması istehlakçılar üçün də sual doğurur. Yerli məhsulun istehsal, logistika və satış xərcləri ilə yanaşı, idxal olunan məhsulları

5 oktyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankını

1 oktyabr
.

AQP: Ötən ay mənzil satışında qiymət artımı sürətlənib

Bu ilin sentyabr ayında Azərbaycanda mənzil satışında qiymət artımı sürətlənib. Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, bu barədə palatanın sentyabr ayı üzrə daşınmaz əmlak bazarı üzrə hesabatında deyilir. Bildirilib ki, yeni tikili mənzillərdə qiymətlər aylıq 2,8 %

5 oktyabr
.

İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər

9 oktyabr