Azərbaycanda iki müəllim şagirdlərin nənəsini döydü - Araşdırma başladı
Ağdaş rayonu Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verdiyi iddia edilib.
Bildirilib ki, iki ibtidai sinif müəllimi məktəbdə təhsil alan uşaqların nənəsini döyüb.
Müəllimlərin uşaqları dərsə hazır olmadıqları üçün təhqir etdikləri qeyd olunub. Daha sonra uşaqların nənələri məktəbə gəlib və mübahisə düşüb.
İddia edilib ki, hadisə direktor otağının qapısı önündə baş verib, amma kamera görüntüləri silinib.
Qeyd edək ki, uşaqların nənəsi sözügedən məktəbdə texniki işçidir.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında tərəflərin izahatları alınıb:
"Döyüldüyünü iddia edən şəxslə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. Ekspertizanın, eləcə də aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1239 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu
Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. 29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məh
1 sentyabrGeyindiyi köynəyə görə döyüldü - VİDEO
Braziliyada universitetə nasist təşkilatı Waffen-SS-in kəllə (Totenkopf) emblemi olan köynəklə gələn tələbə digər tələbələrin reaksiyası ilə qarşılaşıb. xarici mediaya istinadla xəbər verir ki, nasist simvolunu görən çoxsaylı tələbə qrupu ilə həmin şəxs arasında başlayan mübahisə qısa müddətdə davay
28 avqustBaşına ot presi düşən kişi öldü
Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib
20 avqustBorca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO
Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib. xarici mediaya istinadl
21 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqust