Bakıdakı güclü yanğında xəsarət alanların son vəziyyəti - YENİLƏNİB + FOTO/VİDEO

Bakıdakı güclü yanğında xəsarət alanların son vəziyyəti - YENİLƏNİB + FOTO/VİDEO"Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb".

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar.

15:31
Bakıda Nərimanov rayonundakı sexdə yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.

Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdiriblər. Sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda məlum olub ki, güclü yanğında iki FHN əməkdaşı xəsarət alıb.

Bu barədə "Unikal" məlumat yayıb.

Onlardan Hacıyev Vüqarın çiyninə beton parçası düşüb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Digər FHN əməkdaşı isə tüstüdən zəhərlənib.

Əlavə məlumat veriləcək.

13:58
Bakıda sexdə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bakıdakı güclü yanğında xəsarət alanların son vəziyyəti - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5288   Tarix: 26 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çeşməyə yaxınlaşan qadın gördüklərinə inana bilmədi: "İlk dəfə belə bir şey görürəm" - VİDEO

Bir vətəndaşın qarşılaşdığı jetonla işləyən xeyriyyə çeşməsi təəccübə səbəb olub. xarici mediaya istinadla xəbrə verir ki, sistemi görən vətəndaş çeşmədən istifadə etmək üçün jetondan yararlanılmalı olduğunu görərək təəccübünü videoya çəkib. O, bu sistemin xeyriyyə anlayışına nə dərəcədə uyğun olduğun

28 avqust
.

Xəstəxananın bağçasında 2 gün yatan yeniyetmə vəfat edib - VİDEO

İstanbulun Esenyurt rayonunda yolu keçmək istəyərkən motosikletin vurduğu Suriya vətəndaşı Beşşar Al Tawıl qəza nəticəsində yaralanıb. Xəstəxanada ilkin müalicədən sonra evə buraxılan şəxsi yaxınları iki gün sonra xəstəxananın həyətində huşsuz vəziyyətdə tapıb. Başqa xəstəxanaya yerləşdirilən Al Tawı

19 avqust
.

Borca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO

Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib. xarici mediaya istinadl

21 avqust
.

Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, sənədləri yoxlanılan zaman "Chevrolet" markalı

30 avqust
.

8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə

25 avqust
.

Kişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO

İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb

27 avqust
.

Oğuzda avtomobil aşdı: 7 nəfər xəsarət aldı (VİDEO)

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var. "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlə

25 avqust
.

Mətbəx əşyalarına gizlətdikləri qızıl və pulu təyyarədən keçirmək istədilər - VİDEO

Hindistanın paytaxtı Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında gömrük əməkdaşları eyni gün ərzində iki fərqli qaçaqmalçılıq cəhdinin qarşısını alıblar. Sərnişinlərin baqajlarında aparılan yoxlamalar zamanı mətbəx əşyalarının içərisində gizlədilmiş minlərlə dollar və yüzlərlə qram qızıl aşkarlanıb

21 avqust
.

DİN MƏLUMAT YAYDI! Axtarışda olan 135 nəfər SAXLANILDI

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

29 avqust