"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO

"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEOBu gün Ağdam təmsilçisi "Qarabağ" klubu UEFA Çempionlar Liqasında mübarizəyə start verəcək.

BAKU.WS xəbər verir ki, "köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex" ilə qarşılaşacaq.

Poznan şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Qeyd edək ki, "Lex" - "Qarabağ" oyunundan öncə mətbuat konfransı və media üçün açıq məşq təşkil olunub.

Dünən mətbuat konfransında çıxış edən baş məşqçi Qurban Qurbanov bildirib ki, "Qarabağı çətin oyun gözləyir: "Bizi çox çətin oyun gözləyir. Rəqibi daha yaxından tanımaq, hiss etmək baxımından futbolçuların üzərinə xeyli iş düşəcək. İlk dəqiqələrdən çox diqqətli olmalıdırlar. Rəqibin yaxşı azarkeş dəstəyi, gözəl stadionu var. Baxımlı oyun göstərmək istəyirik. İnanıram ki, oyunçularım bunun üçün meydanda hər şeyi edəcək.

Komandada durum normaldır. Problemlərin az olmasına çalışdıq. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az vaxt problemi oldu. Buna görə narahat deyil. Elə dönəmdir ki, tam hazır ola bilmərik. Təcrübəmizə güvənirik".


"Lex"in baş məşqçisi Con van den Brom isə bildirib ki, Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq. Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında etdiklərini görmüşük. Eləcə də rəqib bizə hörmət etməlidir.

"Qarabağ"ın zəif və güclü tərəflərini bilirik. Ona görə də qarşıdakı matça müxtəlif aspektlərdə hazırlaşırıq. Açıq futbol oynasaq, rəqib bizə problem yarada bilər. Odur ki, balansı qorumalıyıq".

Mətbuat konfransından sonra hər iki klubun oyunçuları mətbuat üçün açıq məşqə çıxıblar.
"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEO"Qarabağ" bu gün Polşada çətin sınağa çıxır - FOTO/VİDEOXatırladaq ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1157   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla

22 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz "Fənərbağça" ilə oyunu buraxa bilər

Türkiyənin "Qalatasaray" klubunun əsas futbolçularından olan Barış Alper Yılmaz Superliqanın IX turunda "Fənərbağça" ilə oyunu buraxa bilər. xəbər verir ki, bu barədə yerli "Sabah" nəşri məlumat yayıb. Oyunçu Fransada "Lill"ə qalib gəldikləri matçda (4:2) ayağındak

23 oktyabr
.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"

25 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

24 oktyabr