Orta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEO
İstanbulda keçirilən Kyokuşinkaykan Karate və Ciyutaido idman növü üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri iyulun 17-də Vətənə qayıdıblar.
Sonxeber.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxlaq Hava Limanında idmançılarımız üçün təntənəli qarşılama mərasimi təşkil olunub.
Tədbirdə Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının, "Ciyutaido Azərbaycan" Təşkilatının rəsmiləri, idmançıların yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
+85 kg çəki dərəcəsi üzrə yarışda iştirak edən Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin "Fiziki-tərbiyə" fənninin müəllimi Faiq Xosroflu, -75 kg çəki üzrə isə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, çavuş İskəndər Həsənov qarşılaşdıqları bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib, qızıl medala sahib olublar. İdmançılarımız öz qələbələrini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanan və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə həsr etdiklərini söyləyiblər.
Qeyd edək ki, ümumilikdə Azərbaycan idmançıları kyokuşinkaykan karate üzrə dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Ciyutaido üzrə dünya çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
İdmançılarımızın dünya çempionatlarındakı uğurlu çıxışını yüksək qiymətləndirən Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti Teyyub Əzizov bildirib ki, Azərbaycan ümumi komanda hesabında üçüncü olub:
"Qazanılan nailiyyət münasibətilə idmançılarımızı təbrik edirəm. Ümid edirəm ki, növbəti yarışlarda da idmançılarımız rəqiblərini məğlub edərək əldə edəcəkləri qələbələri ilə xalqımızı sevindirəcəklər. Bir həftə əvvəl millimiz Bolqarıstanda təşkil olunan Avropa çempionatında da uğurla iştirak edərək 2 gümüş və 2 bürünc medala sahib olub".



Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2367 Tarix: 18 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrAFFA 6 komandaya texniki məğlubiyyət verib
AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"
16 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabr