Azərbaycanlı futbolçu dünya mediasının gündəmində
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Fehervar" – "Qəbələ" oyununda (4:1) Asif Məmmədovun etdiyi hərəkət dünya idman mediasının gündəminə çevirilib.
Xatırladaq ki, oyunun 33-cü dəqiqəsində qəbələlilərin müdafiəçisi İlkin Qırtımov hava mübarizəsində zədələnərək huşunu itirib. Həkim personalının həddindən artıq ləng müdaxiləsi Qırtımovun həyatını itirməsi ilə nəticələnə bilərdi. Amma bu yerdə komanda yoldaşının dadına "Qəbələ"nin kapitanı Asif Məmmədov çatıb. O, dili qatlanan futbolçunun xilası üçün dərhal müdaxilə edib.
Sports.az xəbər verir ki, dünyanın ən tanınmış idman qəzetlərindən La Gazzetta dello Sport "Məmmədov Kyaer rolunda" başlıqlı yazısında məhz Asif Məmmədovun vaxtında etdiyi bu hərəkətin İlkin Qırtımovu ölümdən qurtardığını vurğulayıb. İtaliya nəşri Asifin anında müdaxiləsi olmasa, gecikmiş həkimlərin İlkini heç cür xilas edə bilməyəcəyini yazıb.
Dünyanın digər məşhur qəzeti Marca da Asif Məmmmədovu manşetə çıxarıb.
"Konfrans Liqasında faciə: Məmmədov Kyaer libasında" başlıqlı yazıda İspaniya nəşri də kapitanın həssaslığının və operativliyinin komanda yoldaşını xilas etdiyini vurğulayıb:
"Komanda yoldaşının yerdə huşsuz vəziyyətdə qaldığını və nəfəs ala bilmədiyini görən Asif Məmmədov dərhal müdaxilə etdi. O, Qırtımovun dilini çıxartmaq üçün əlindən gələni əsirgəmədi və hirslə tibbi personalı meydana çağırdı. Həkimlər gələnə qədər Məmmədov, komanda yoldaşının çənəsini buraxmır və son Avropa çempionatında Kyaerin Erikssen üçün etdiklərini təkrarlayırdı. Nəticədə, kapitan Məmmədov komanda yoldaşı Qırtımovu ölümdən qutardı".
Kubadan Avstraliyaya demək olar bütün ölkələrin mediasında işıqlandırılan hadisə haqda "Milan" futbol klubunun qəzeti Gazzetta Rossonera da yazıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1688 Tarix: 24 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabrAMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. Bu barədə -a AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb. Sanksiya avqustun 31-dən qüvvəyə minib
20 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrAFFA 6 komandaya texniki məğlubiyyət verib
AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"
16 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabr