"Qarabağ" Çempionlar Liqasının 3-cü mərhələsində - Video+Yenilənib
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
"Qafqazinfo" xəbər verir ki, həlledici görüşdə Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"in qonağı olacaq.
İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.
Qeyd edək ki, "Sürix" – "Qarabağ" cütünün qalibi Çempionlar Liqasında "Ferensvaroş" – "Slovan" duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında "Linfild" (Şimali İrlandiya) – "Bodo Qlimt" (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. "Sürix" – "Qarabağ" - 2:1
Qol: M.Medvedev, 4 (ö.q), Santini, 90+5 - Kadi, 55
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3
Komandaların start heyətləri açıqlanıb:
"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 7. Riçard Almeyda, 20. Kadi Borges, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev, 25. İbrahima Vadji,
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Romao Rodriqes, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
***
Matç başladı.
***
Oyunun 4-cü dəqiqəsində meydan sahibləri hesabı açır. Maksim Medvedev topu öz qapısına göndərir - 1:0.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
"Qarabağ" 55-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1. Kadi Borges fərqlənir.
***
"Sürix"in futbolçusu Santini 90+5-ci dəqiqədə hesabı 2:1 edir.
***
Matçın 90 dəqiqəsi 2:1 hesabı ilə başa çatdı. Qolların sayı bərabər olduğundan komandalar hərəsi 15 dəqiqədən ibarət əlavə hissələr oynayacaqlar.
***
Birinci əlavə hissə başladı.
***
"Qarabağ" hesabı bərabərləşdirir. Ovusu Kvabena ikinci qolu vurur - 98-ci dəqiqə.
***
Matç bitdi. "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Qızıl bazarında son vəziyyət
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"