"Qarabağ"dan pulsuz bilet istəyən kimlərdir?
Sonxeber.az "qafqazinfo"-ya istinadən Emin Səfərovun yazısını təqdim edir
Niyə bizdə o əjdahadan yoxdur? Bu, çox aktual və ironik sualdır. Hər ümumi problemlə üzləşəndə, bu ənənəvi sualı dilimizə gətiririk.
İndi Ağdamdan Bakıya qayıdıram. Yolboyu fikirləşirəm və qənaətə gəlirəm ki, əslində, o əjdahadan bizdə var. Vallah, var...
Məsələn, Çempionlar Liqası matçına stadiondan baxmaq istəyən Parisdə hansısa idarə rəisi, məmur və ya iş adamı PSJ-nin prezidenti Naser əl-Xəlaifiyə zəng edib oyuna pulsuz bilet istəyə bilərmi? Əsla! Birincisi, bu, bir parisli üçün qeyri-etik davranışdır, ikincisi də, gərək əjdaha ürəyi yeyəsən.
Bizdə isə o "əjdahalardan" kifayət qədərdir. Sizi tam əmin edirəm ki, indi, elə bu dəqiqə "Qarabağ" rəhbərliyinin, rəsmilərinin telefonu susmur. Qiyməti 2500-3000 manat olan telefonlardan gələn zənglər "Qarabağ" - "Viktoriya" matçına bilet axtarır, daha doğrusu pulsuz bilet...
Halbuki bu qarşılaşmanın ən bahalı, VİP bileti 100 manatdır. Amma nə olsun? İstirahəti üçün Bodrumu, Antalyanı, Avropa şəhərlərini seçənlər, 50-100 manatlıq biletə görə sürücüsünü klubun bazasına göndərir və tapşırır ki, demişəm, get biletləri götür.
Axı niyə? Dünyanın hansı ölkəsində belə bir təcrübə var? Niyə klubdan pulsuz forma, top, bilet istənilməlidir ki? Məgər, "Qarabağ"ın fan-şopu yoxdur? Və ya bu şəxslərin aylıq 400-500 manata işləyib Ağdam klubunun səfər matçlarına getmək üçün pul xərcləyən, bilet alan və hər oyunda klubun qələbəsinə görə qışqırmaqdan, dəstək olmaqdan boğazını yırtan siravi azarkeşlərindən nəyi artıqdır?
Heç nəyi!
İndi oyunöncəsi Qurban Qurbanov rəqibi analiz etsinmi, yoxsa kiməsə bilet tapmaqla məşğul olsun? Klubun idaərəçiləri vacib qarşılaşmanın təşkili məsələləri ilə məşğul olsunlarmı, yoxsa bilet istəyənlərin zənglərinə cavab versinlər?..
Unutmayaq ki, "Qarabağ" bu ölkə üçün çox böyük dəyərdir. Birmənalı bir nömrədir. Şikəstlik dərəcəsini müəyyən etməyin qeyri-mümkün olduğu ölkə futbolunda ən sağlam idarə olunan tək-tük klublardandır. Öz büdcəsini də tək sponsor və avrokuboklarda qazandığı uğurların hesabına formalaşdırır. Bilet satışınından da gəlir əldə etməsi ən doğal haqqıdır.
Hansısa iş adamı 50-100 manatına qıymayıb pulsuz bilet sevdasına düşəcəksə, onun "Qarabağ"a hansı dəstəyindən söhbət gedə bilər? Onun azarkeşliyinin səmimiliyinə inanmaq olarmı? Nəzərə alaq ki, Kadi Borges "Qarabağ"da pulsuz oynamır. Zubir də bizim qara qaşımıza, qara gözümüzə vurulmayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1736 Tarix: 14 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İngiltərə Premyer Liqası: "Tottenhem" darmadağın olundu - VİDEO
İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir. "Kristal Palas" dogma meydanda "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəlib. Oyunda qolları Zaha (76-cı dəqiqə) və Eduardo vurub (84-cü, 90+2 dəqiqə). Qeyd edək ki, bu, mövsüm başlayandan "Kristal Palas"ın ilk qələbəsidir
11 sentyabr 2021Arvadını dişləyən Boatenqə ağır cəza verildi
Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind
10 sentyabr 2021Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13 sentyabr 2021"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib
Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç
12 sentyabr 2021Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər
7 sentyabr 2021Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0
7 sentyabr 2021Beyl uzun müddət futboldan kənar qalacaq
Madrid "Real"ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb. 32 yaşlı uelsli "Selta" ilə oyunöncəsi məşq prosesində zədə alıb. Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub. Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıx
14 sentyabr 2021Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021