Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTO

Geyimlərə daşınan kriminal ALƏM: "Bu cür düşünən analar sonda oğulları tərəfindən döyülürlər..." - FOTOSosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq "body"lərinin fotoları yayılıb. "Bu evdə mənim sözüm keçər", "Ağıllı olun, 9 ay içəridə yatdım" tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.

Elmi araşdırmalara görə, geyim insan davranışına, sağlamlığına və duyğularına birbaşa təsir göstərir. Bəlkə də, bu səbəbdəndir ki, müxtəlif peşələr üçün xüsusi formalar hazırlanır. Çünki üzərindəki paltar insanda həm də məsuliyyət hissi yaradır. Uşaqlar geyindikləri qiyafəni, eləcə də onun üzərindəki yazıların mənasını dərk etməsələr belə, bu onların formalaşma yolunun bir göstəricisidir, valideynlərinin psixologiyasından, baxış bucağından xəbər verir. Ona görə də belə uşaq paltarlarının satışa çıxarılması ciddi narahatlıq doğurur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir:

"Qanunvericilikdə öz əksini tapmayıb. Biz dünyanın müxtəlif ölkələrində bu tipdə yazılar çox görmüşük. Qərbin, Avropanın, ABŞ-ın pis adətləri Azərbaycana gəlir, əxlaqa mənfi təsir göstərir. Düşünürəm ki, bizə yaraşmayan bir haldır, belə yazılara nəzarət olmalıdır. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının qarşısını almalıdırlar. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsunlar".

Psixoloq Vəfa Rəşidova isə məsələnin təhsilsizlikdən qaynaqlandığını deyib:

"Bu, bir tərz sayıla bilməz, belə uşaq geyimi olmaz. Bunun kökündə təhsilsizlik dayanır. Əgər valideynlər belə "body"ləri alıb uşaqlarına geyindirirlərsə, deməli, onlar da istehsalçıyla eyni təfəkkürdədirlər. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Bizim geyimimizdəki hər bir detal ruh halımıza, psixologiyamıza ciddi təsir göstərir. İnsan bunun fərqində olsa, aldığı hər şeyə diqqətlə yanaşar. Məhz biganə yanaşıldığı üçün bu gün cəmiyyətimizdə davranış pozğunluğu olan insanlar, uşaqlar həddən çoxdur".

Həmsöhbətimiz qeyd edib ki, belə paltarların geyindirilməsi, uşaqların bu cür cümlələrlə əzizlənməsi onun bir müddət sonra ailədə dominantlıq etməsinə gətirib çıxara bilir:

"Doğrudur, uşaq üzərindəki yazını dərk edəcək yaşda deyil, ancaq bəzən valideyn onu əzizləyəndə belə cümlələr istifadə edə bilir. Biz belə paltarı övladına geyindirən valideynin onu əzizləyərkən bu tip cümlə qurmayacağına zəmanət verə bilmərik. Həmin sözlərlə böyüyən uşaqlar isə dar dünyagörüşü ilə formalaşırlar. Necə ki içdiyimiz suyun, yediyimiz çörəyin ruhumuza təsiri var, eləcə də geyindiyimiz paltar psixologiyamıza təsir göstərir. Məhz belə faktorlara görə uşaqlarımız təhsildən uzaqlaşır, zövqsüzləşirlər.
Geyim şəxsin kim olmasından, hansı mühitdə böyüməsindən xəbər verir. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən uşaq yeniyetməlik dövrünə çatıb uyğunsuz bir hərəkət edəndə valideyn təəccüblənir, amma bilməlidir ki, körpə ikən dediyi sözlər, tərbiyə üsulu uşağın bugünkü davranışının əsas səbəbidir".

Psixoloq valideynləri övladlarını uşaq yaşdan rəsmə, musiqiyə, idmana, mütaliəyə yönəltməyə səsləyib:

"Ancaq uşağını məhv etmək, kriminal aləmdə görmək istəyən valideyn belə geyimlərə üz tutar. Bəzən valideyn istəyir ki, oğul övladı böyüyəndə ailədə onun sözü keçsin. Az da olsa, bununla qürur duyanlar var. Ona görə də belə geyim seçimləri edə bilirlər. Amma bu cür düşünən analar sonda oğulları tərəfindən döyülür, qocalar evinə yerləşdirilirlər. Uşağa dominantlıq verəndə gələcəyi düşünmək lazımdır. Sevgi belə olmamalıdır. Övladlarımızı cəmiyyətə yararlı yetişdirməliyik. Valideynlər maariflənməlidirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3908   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məktəbli öldü

Bakıda orta məktəb şagirdi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 118 saylı tam orta məktəbin şagirdi Kənan Fərəcov ötən gün dünyasını dəyişib. Məktəbdən bildirilib ki, o, xəstəlik səbəbindən həyatını itirib

29 dekabr
.

Hərbçimiz yol qəzasında həlak oldu

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib. S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi. Qeyd edək ki, mərhum bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılı

29 dekabr
.

Bakıda zəncirvari qəzada 3 avtobus toqquşdu - Video

Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari qəza baş verib. -ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 3 marşrut avtobusu və 1 avtomobil toqquşub. Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur

29 dekabr
.

Təbiət qoruqlarının sahəsi kəskin azalıb

2010-2024-cü illər ərzində meşə və xüsusi mühafizə olunan təbiət sahələrinin ölkə ərazisində payında ciddi artım qeydə alınmayıb. rəsmi məlumatlara əsasən xəbər verir ki, meşə ərazilərin ümumi torpaq sahəsində xüsusi çəkisi 2010-cu ildən 2024-cü ilə qədər 12 faiz səviyyəsində dəyişməz qalıb. Xüsusi mühafiz

27 dekabr
.

Evlərini kirayə verənlərə xoş xəbər!

Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələr

29 dekabr
.

Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək". bildirir ki, bu sözlər

27 dekabr
.

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu (RƏSMİ)

Elm və Təhsil Nazirliyi yanında yeni yaradılmış Riyaziyyat İnstitutuna keçmiş təhsil naziri, fizika-riyaziyyat elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Misir Mərdanovun rəhbərlik etməyəcəyi təsdiqlənib. Qaynarinfo xəbər verir ki, bu barədə "Yeni Sabah"ın sorğusun

29 dekabr
.

Qalib olub evlənmək istəyən meyxanaçı xəstəxanalıq oldu - VİDEO

ATV-də yayımlana "Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib. xəbər verir ki, yarışmanın şənbə günü baş tutan ilk qarşılaşmasından sonra meyxanaçı səhhətində qəfil problem yaranıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb

29 dekabr
.

Cari ildə Azərbaycana qoyun idxalı iki dəfə artıb

Cari ilin 10 ayı ərzində ölkəyə 288 831 baş diri qoyun gətirilib və idxalın ümumi dəyəri 31 milyon 417.13 min dollara çatıb. rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə idxal həm dəyər, həm də miqdar baxımından təxminən iki dəfə artıb. Belə ki

28 dekabr