"Səviyyəsiz mahnı oxuyun, qaz-vurub, qazan doldurun" - Afət Fərmanqızı

"Səviyyəsiz mahnı oxuyun, qaz-vurub, qazan doldurun" - Afət FərmanqızıTeleviziya kanalları, saytlar və sosial şəbəkələrdə müğənnilər dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olurlar. İnsanlara adətən onların ailə həyatı qurması, valideyn olması, kiminləsə sevgili olması daha çox maraqlı gəlir.

Bəs görəsən, bunun günahkarı kimdir, müğənnilər özü yoxsa izləyicilər? Niyə sənətçilər bu cür şeylərlə gündəmdə qalmağı seçirlər?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, bu gün peşəkar sənətlə məşğul olan müğənnilər xalq tərəfindən o qədər də sevilmir:

"Doğrudur, izləyicilərə daha çox müğənnilərin şəxsi həyatı maraqlıdır. Mən bunun şəxsən şahidi olmuşam. Hansısa sənətçi peşəkar əsər belə oxusa, onu dinləmirlər, lakin qeyri-peşəkar biri "üç badam, bir qoz" oxuyanda qəbul edirlər. Çünki çətin şeyləri beyin qəbul etmir, bunun üçün savad lazımdır. Savad olmayanda beyin bəsit şeyləri qəbul edir.

Mən də məcburam ki, belə oxuyum, nə edim, çörəyim ordan çıxır. Azlıq çoxluğa hər zaman tabedir. Bu gün çoxluq bəsitliyi sevənlər, üçcə sinif oxuya bilməyənlərdir. Mən bilsəydim heç o vaxt orta məktəbdə başımı ağrıtmazdım, 11 il sinif nümayəndəsi adımı qoruyub saxladım. Bizim vaxtımızda artıq qızıl medal götürülmüşdü, götürülməsəydi, qızıl medala layiq idim. Neynirdim bu qədər başımı ağrıdıb? Elə gəlib "Üç badam, bir qoz" oxuyardım da...

Elə bu cür yaşayacaqdım da, xalqın sayəsində istədiyimi alıb yeyirəm, istədiyimi geyinirəm, xalq da məhz o cür mahnıları istəyir. Təbii ki, hamını demirəm, amma çoxluq bunu istəyir".

Onun sözlərinə görə, peşəkar sənətçilər bu gün pul qazana bilmir:

"İndi deyəcəklər ki, niyə belə danışırsan, filankəs ancaq peşəkar mahnılar oxuyur. Düzdür, amma gedin onun dolanışığına da baxın, bizimkinə də, müqayisə edin. Biz qaz-vurub qazan doldururuq həmin peşəkar oxuyanlar isə elə bir evlə kifayətlənib oturublar yerlərində.

Nə edim, mən də bacımı evləndirdim, uşağımı bir yerə çıxardım, ətrafa kömək əli uzadıram, kimsə deyəndə ki, dərmanımı al, ala bilirəm, ürəyim istəyən yerlərdə istirahət edə bilirəm, yaxşı geyinə bilirəm. Bunlar hamısı dediyim kimi əmələ gəlir, davamlı peşəkar mahnı oxumaqla sənə sevgi o səviyyədə olmur.

Yeni gələn müğənnilərə bunun yolunu deyirəm: Keçirsən səviyyəsiz mahnılara, onları oxuyursan. Vəssalam, qaz-vurub, qazan doldurursan. Kim deyirsə ki, peşəkar mahnı ifa etdim və "tutuzdurdum" böyük ehtimalla, yalandır. Burada təbii ki, istisnalar var, məsələn, sevdiyim həmkarlarımdan olan Nadir Qafarzadə. O, "Maral-maral" mahnısı ilə "tutuzdurdu". Sonra "Füzuli kantatası" oxudu. Düzdür, onunla "tutuzdurmadı", amma peşəkarlar tərəfindən bəyənildi, dedilər ki, "Halal olsun, Nadir hər iksini bacarır".

Bunu mən də edərəm, hətta fikrim də var ki, bu yaxınlarda peşəkar bir sənət əsəri oxuyum. Əvvəllər də bu cür oxuyurdum, "YouTube"da axtarış versəniz, görəcəksiniz. 20 il əvvəl Eldar Mansurov, Rauf Hacıyev, Emin Sabitoğlu bəstələrini oxumuşam. Mən özüm peşəkar fortepianoçuyam, təhsilli musiqiçiyəm. Amma bilsəydim ki, bütün bunlar lazım olmayacaq, vallah, heç özümü öldürməzdim.

Tovuzda, kənd yerində həftədə üç dəfə mərkəzə gedirdim, təhsil almaq üçün zülm çəkirdim, orta məktəbin dərslərini bitirəndən sonra zülmlə 7 kilometr yol qət edib musiqi dərsi almağa gedirdim. İndi baxıram ki, peşəkarlıq o qədər də vacib deyil. O qədər baş sındırmağa dəyməzmiş, bir dənə maşınını göstərirsən, reklama bəs edir.

Heç efirə zada da ehtiyac yoxdur. Məsələn, axşam üzük videosu paylaşıb yazmışam ki, "Həyat yoldaşım mənə üzük hədiyyə edib" görün nə qədər "like" yığıb. Statistikada 100 mini keçib. Bu axşam Emin Sabitoğludan fortepianoda bir mahnı ifa edib paylaşım, görün həmin video 10 mini keçə biləcək, ya yox? Burada günah müğənnidə yox, izləyicidədir. Çünki izləyicinin zövqünü dəyişmək mümkün deyil, onlar çoxdur, biz isə az".

A.Fərmanqızı qeyd edib ki, müğənni üçün daim gündəmdə qalmaq vacibdir:

"Müğənninin gündəmdə qalmağa çox ehtiyacı var. Gündəmdəsənsə, sənə toy gəlir. Bizim də qazancımız el şənliklərindəndir. Toy sahibi sosial şəbəkəni açıb baxır ki, Afət Fərmanqızı daim gündəmdədir. Sosial şəbəkə hesabıma girib baxır ki, toylardan kadr paylaşmışam, hamısı şən, şux keçib. Çünki toylarda heç kəs sənə gəlib demir ki, filan muğamı oxu, lap oxusan da gəlib yarımçıq saxlayırlar ki, dayandır, bəsdir, ağlaşma etmə, şən mahnı oxu. Onları da qınamıram, 5 saatlıq toydur, camaat əylənmək istəyir. Bu gün şou-biznes budur, adı üstündə, şounu göstər, biznesini qur".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3009   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

"Qızımı belə böyütməməli idim"

Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam

24 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27 oktyabr
.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr