Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min manat istədi" fikirlərinə münasibət bildirərkən deyib.
Menecer bildirib ki, Pünhan Piriyev əvvəlcə onunla əlaqə saxlayıb:
"Mənə zəng etdi və Alim Qasımovu toyunda görmək istədiyini bildirdi. Soruşdu ki, Alim Qasımov toya neçəyə gedir. Mən də ona bir qiymət aralığı dedim. Amma bildirdim ki, sənət yoldaşısınız, Alim müəllimlə özünüz danışın, bəlkə sizə xüsusi endirim edər. Sonradan aralarında nə danışıldığını bilmirəm. Mən həmişə sənət adamları ilə bağlı toy məsələsini Alim müəllimin özünə yönəldirəm. Sonra deməsinlər ki, ortada menecer var".
Qeyd edək ki, müğənni Pünhan Piriyev sosial şəbəkədə toyu ilə bağlı növbəti açıqlama verib. O, Xalq artisti Alim Qasımovla bağlı səs-küyə səbəb olan iddia səsləndirib.
Pünhan Piriyev bildirib ki, toy mərasimində Alim Qasımovu görmək istəyib, lakin xanəndə onun toyunda çıxış etmək üçün 15 min manat qonorar tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabr"Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29 sentyabrZaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"
20 sentyabrHakan Sabancı Bakıda
Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl
25 sentyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrPünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To
24 sentyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrTacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə
21 sentyabr