Saatlıda qohumların boğularaq öldüyü yer karxana ərazisi olub - TƏFƏRRÜAT

Saatlıda qohumların boğularaq öldüyü yer karxana ərazisi olub - TƏFƏRRÜATAvqustun 19-u saat 19 radələrində Saatlı rayonunda Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu, 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri hadisəsinin təfərrüatı üzə çıxıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əmi və qardaşı oğlunun Araz çayının Musalı kəndindən keçən hissəsinə düşərək boğulduqları yer qum karxanasının ərazisi olub. Bu səbəbdən də Arazın bu hissəsində suyun dərinliyi 10-15 metrə çatır.

Astanovların yaxınları bildiriblər ki, hadisə baş verən gün Saatlı şəhərində yaşayan 43 yaşlı Sübhan doğulub-böyüdüyü Qıraqlı kəndinə qonaq gedib. O, günortadan sonra qardaşı oğlu Əkrəmlə birgə Araz çayının yaxınlığındakı Musalı kəndindən keçən hissəyə balıq tutmağa gedib. Onları Əkrəmin iki azyaşlı oğlu da müşayiət edib. Çayın kənarında balıq ovlayarkən azyaşlılar nəzarətsizlikdən çaya yıxılıblar. Bu zaman çayın dərinləşdirilmiş hissəsində uşaqların boğulduqlarını görən atası Əkrəm və onun əmisi Sübhan özlərini çaya atıblar. Lakin onlar üzə bilmədiklərindən boğulmağa başlayıblar. Çayın əks tərəfində balıq ovlayan şəxs dərhal özünü çatdıraraq uşaqları sağ-salamat sudan çıxarıb. Əkrəm və Sübhan isə suyun dərinliyində batıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1268   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr