Qadınları narkomana çevirən həkimin şok əməlləri

Qadınları narkomana çevirən həkimin şok əməlləriO, xəstələrini əvvəlcə narkotik aludəçisi edib, sonra isə onların zəifliyindən istifadə edərək zorlayıb. 10 ildən artıq davam edən təcavüzlərdən sonra, nəhayət, hakim qarşısına çıxarılan həkimin dəhşətli əməlləri üzə çıxıb. Sonra isə...

Nyu Yorkda yerləşən "Beth İsrail" tibb mərkəzinin nevroloqu Ricardo Cruciani xroniki ağrıların müalicəsi ilə məşğul olub. Dərman tapa bilməyən bir çox xəstə son çarə kimi Crucianinin qapısını döyüb. Üstəlik, barəsindəki rəylər çox müsbət olub. O, xəstələrinə şəfqətlə yanaşıb, onların özlərinə və problemlərinə xüsusi diqqət yetirib.

Əslində isə bu istiqanlı görünüşün arxasında bir təcavüzkar dayanırmış...

Milli.Az musavat.com-a istinadən bildirir ki, "New Tork Times" qəzeti həkimin dəhşətli əməllərindən bəhs edən yazı dərc edib.

Yazıda bildirilir ki, Cruciani əvvəlcə ona müraciət edən qadın xəstələrə çox güclü opioid dərmanlar təyin edib və bu preparatlar vasitəsilə onların ağrılarını azaldıb. Zaman keçdikcə həkim say və dozanı artıraraq pasientlərini tədricən bu dərmanlardan asılı vəziyyətə salıb.

Onun qəddarlığı bununla da bitməyib. Narkomana çevirdiyi qadınlara ağılasığmaz üsullarla zorlayıb.

Təcavüzə "yox" deyənləri isə ağır cəza gözləyib: Cruciani onları opioid dərmanlardan məhrum edib və qadınlarda qısa müddət ərzində dəhşətli ağrılar baş qaldırıb. Onlar fiziki və mənəvi cəhətdən dərin böhran yaşamağa başlayıblar.

Crucianinin təyin etdiyi preparatlar o qədər ağır olub ki, pasientlər başqa həkimlərə müraciət edib həmin resepti yazmalarını istəyəndə rədd cavabı alıblar

Crucianinin təcavüzləri bir və ya iki xəstə ilə məhdudlaşmayıb. O, 10-dan çox qadını zorlayıb. Şikayətlərə baxmayaraq, o, çox rahatlıqla bir xəstəxanadan başqasına gedərək çalışmağa davam edib. 2000-ci illərin əvvələrindən etibarən 10 il ərzində o, ABŞ-ın şərq sahilindəki üç ştatda bir çox klinikada çalışıb.

Nəhayət, 2017-ci ildə artan şikayətlərdən sonra ona qarşı qaldırılan iddia ilə cinsi təcavüzdə ittiham olunub. Filadelfiya prokurorluğu ilə həkimin vəkilləri arasında əldə edilən razılaşma nəticəsində Cruciani tibbi lisenziyasını itirsə də, həbsdən yayınmağı bacarıb.

QADINLAR YAŞADIĞI DƏHŞƏTİ DANIŞIR...

Manhetten Prokurorluğu tərəfindən 2018-ci ildə hazırlanan iddianamənin işlənməsi prosesi pandemiya səbəbindən gecikib. 2021-ci ilin oktyabrında isə Nyu-York və Nyu-Cersi ştatlarında Crucianiyə qarşı məhkəmə işləri qaldırılsa da, həkim azadlıqda qalmağa müvəffəq olub.

Crucianinin zorakılığına məruz qalan qadın pasientlərdən biri olan Tanişa Conson yaşadıqlarını "New York Times" qəzetinə danışıb. O bildirib ki, Cruciani ona ayda 1300 həb atması üçün resept yazıb. Həmin dövrdə təcavüzlərin sayı da artıb.

Qadın təcavüzdən bezib, həkimdən bunu dayandırmasını istəyəndə işgəncənin ikinci mərhələsi başlayıb.

"Crucianiyə yox dediyim üçün mənə resept yazmaqdan imtina etdi. Dərman istifadəsinin qəbulunu dayandırmaq ölüm kimi idi" - Tanişa deyib.

Bu il iyunun sonunda başlayan məhkəmə prosesi iyulun 29-da yekunlaşıb. Hakim Crucianinin cinsi təcavüz, zorlama və başqa 12 cinayət törətdiyinə qərar verib. Bir ay davam edən dindirilmələr zamanı 2012-ci ildə Nyu-York, Nyu-Cersi və Pensilvaniyadakı müxtəlif tibb mərkəzlərində Crucianinin xəstəsi olmuş altı qadının verdiyi ifadələrə xüsusilə diqqət yetirilib.

Manhattan bölgə prokuroru Alvin Braqq hökmün elan edildiyi gün verdiyi açıqlamada 68 yaşlı Crucianinin vəzifə səlahiyyətlərindən və xəstələrin ağrılarından istifadə etdiyini, ictimaiyyətin tibb işçilərinə olan inamını sarsıtdığını deyib:
Ətraflı

"Onun dəhşətli əməllərini geri qaytara bilməsək də, ümid edirəm, çıxarılan hökm ədalətin bərqərar olmasını təmin edəcək".

Crucianinin vəkili Fred Sosinski isə verdiyi açıqlamada məhkəmə prosesindəki "səhvlərə" diqqət çəkərək qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

GÖZLƏNTİLƏR BOŞA ÇIXDI...

Crucianinin intihar etdiyi "Rikers Island" həbsxanası

Crucianiyə qarşı məhkəmə işi sentyabrın 14-nə təyin edilmişdi. O yaxın həftələrdə Nyu-Cersi ştatında hakim qarşısına çıxacaq, daha sonra Manhettendə mühakimə olunacaqdı.

Törətdiyi əməllərin nəticəsi kimi Crucianinin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi proqnozlaşdırılırdı. Ancaq bu gözləntilər boşa çıxıb: Cruciani saxlandığı Rikers Island həbsxanasında ölüb.

Həbsxana rəsmiləri ölümün səbəbini açıqlamasa da, məlumatlı mənbə CNN-ə Crucianinin özünü asaraq intihar etdiyini bildirib.

"New York Times"ın əldə etdiyi sənədlərə görə, həkim həbsxananın hamamında yerdə oturmuş vəziyyətdə tapılıb. Həbsxana həkimləri boynuna çarşaf dolanan Crucianinin həyatını xilas etmək üçün dərhal müdaxilə etsə də, bu mümkün olmayıb.

İllərlə zorakılığa məruz qalan qadınlar Crucianinin həbs edilməsini alqışlayıblar. Onlardan biri - Terri Foeniks ölüm xəbərini eşitdikdən sonra bildirib ki, baş verənlər barədə hakimə daha geniş məlumat verəcək.

Digər xəstə Hillari Tullin isə bu xəbərə təəssüflənib: "Onun özü ilə üzləşmək şansı olmadı. Çıxış yolu olmadığını başa düşdü və özünü öldürdü. Cruciani ömrünün qalan hissəsini həbsxanada keçirməli idi".

Qeyd edək ki, Tullin 2005-ci ildə Crucianiyə qarşı ittiham irəli sürən ilk şəxslərdən olub. O zamanlar Tullin üç il müalicə alıb.

Əvvəllər müraciət etdiyi həkimlərin hamısı şiddətli xroniki ağrılardan əziyyət çəkən qadının vəziyyəti qarşısında aciz qalıb: "15-20 müxtəlif həkimə getdim. Onların heç biri problemimin nə olduğunu anlamadı. Sonda dəli olduğumu qərara aldılar və məni qovdular".

Cruciani isə Tullini müayinə etdikdən sonra ona "bütün bədən kompleksində ağrı sindromu" diaqnozu qoyub. Həkimin nəzarəti ilə qadın opioid terapiyasına başlayıb, lakin ağrıları dayanmayıb. Bundan sonra Cruciani başqa müalicə üsullarını tətbiq edib.

Müalicə dövründə həkim, demək olar ki, hər gün Tullinə zəng edib, davamlı olaraq şəxsi həyatından, ailəsindən danışıb, "sən çox gözəlsən, həmişə səni düşünürəm" kimi sözlər deyib.

Qadın bildirib ki, müayinə zamanı qısa qucaqlaşmalar bir müddət sonra uzun qucaqlaşmalara, sonra isə təcavüzə çevrilib.

Baş verənlərdən sonra Tullin o zaman "Beth İsrael" tibb mərkəzində işləyən psixoloqa müraciət edib və ondan bu vəziyyəti aidiyyəti şəxslərə bildirməsini istəyib. Lakin psixoloq bu tələbi yerinə yetirməyib.

"Yaralarım heç vaxt sağalmayacaq, zehnimdəki izlər heç vaxt silinməyəcək, amma ümid edirəm ki, onları yavaş-yavaş geridə qoya biləcəm. İndi mən həyatımı yenidən qurmağa başlaya bilərəm" - Tullin sonda bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2049   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

BMT Qəzza sakinlərinə ərzaq yardımını dayandıracaq

Böhran və münaqişələrdən əziyyət çəkən insanlara ərzaq yardımı göstərən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən Qəzza zolağındakı əməliyyatlarını təxminən üçdə bir azaldacaq. xəbər verir ki, sənəddə bildirilir ki, təxminən 500.00 insan bu cür yardımdan məhrum olacaq. 2025-c

19 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18 oktyabr
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

18 oktyabr