"Lotu Quli"nin adından əmisi oğlunu şantaj edən şəxsin məhkəməsi başladı

"Lotu Quli"nin adından əmisi oğlunu şantaj edən şəxsin məhkəməsi başladıHədə-qorxu ilə şantaj etməkdə təqsirləndirilən Vüsal Axundovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 1-nə təyin edilib.

İttihama görə, Vüsal Axundov hüquq-mühafizə orqanlarının birində işləyən əmisi oğlu Emin Axundovu kriminal aləmdə "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun adından şantaj edib. Emin Axundovun dediyinə görə, bu şantaj nəticəsində 12 milyon manatlıq pul və əmlakı əlindən alınıb.

Onun şikayəti əsasında öz əmisi oğlu Vüsal Axundov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinən Vüsal Axundov 14 il azadlıqdan məhrum edilib.

Həbsindən öncə ədliyyə sistemində çalışan Vüsal Axundov isə özünü təqsirli bilmir, ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə deyib ki, əmisi oğlunun "Lotu Quli"nin tələbiylə pul və əmlaklarını verməsinin ona heç bir aidiyyəti yoxdur. O, məhkəmədən bəraət istəyib.

Zərərçəkmiş qismində tanınan Emin Axundov məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. O, istintaqa ifadəsində deyib ki, əmisi oğlu onun qazancını, sahib olduğu pul və əmlakı bilirdi. Ona görə də "Lotu Quli"nin adından hədə-qorxu gələrək pulunu və əmlakını ələ keçirib. Lakin o, hansı səbəblə şantaj olunduğunu, ondan niyə pul tələb edildiyini açıqlamayıb.

Emin Axundov bildirib ki, əmisi oğlu Vüsal özünü "Lotu Quli" ilə aralarında vasitəçilik edirmiş kimi göstərib. Zərərçəkmiş iddia edir ki, öncə 700 min dollar pul verib. Sonra 12 sot torpaq sahəsində tikilmiş villası, Çexiyada (Karlovı Varıda) mülkü və başqa əmlakları əlindən alınıb: "Pulu verirdim Vüsala, deyirdi ki, çatdırdım...".

Zərərçəkmişin sözlərinə görə, sonda tələbləri yerinə yetirə bilmədiyini görüb bir dostundan kömək istəyib. Şikar adlı dostu vasitəsilə Səlifovla əlaqə saxlayıb: "O isə bildirib ki, heç kimdən heç nə istəməyib, onun adından istifadə edirlər...".

Təqsirləndirilən Vüsal Axundov isə əmisi oğlunun onu şərlədiyini deyir: "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra şikayət elədi? Əgər doğru olsaydı, elə sağlığında şikayət eləyərdi. Özü də əməliyyatçı olub, kor-koranə kiməsə pul verməzdi ki...".

Xatırlatma: Nadir Səlifov 2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, qətl, pul tələb etmə və başqa ittihamlarla 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1235   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı

Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 1

11 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

3 oktyabr
.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr
.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr