"Qarabağ" Avropada rekord vurub

"Qarabağ" Avropada rekord vurubMilli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.

Sonxeber.az "apasport.az"a istinadən məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" da ən yaxşılar sırasındadır.

Qurban Qurbanovun yetirmələri buraxılan qol sayı ilə fərqlənib. Məsələ ondadır ki, Ağdam klubu 23 oyundur bir qarşılaşmada iki və ya daha çox top buraxmır.

"Qarabağ"a Premyer Liqada 2 qol vuran sonuncu komanda "Səbail" olub. Ötən mövsümün əvvəlində 3:1 hesabı ilə uduzan ağdamlılar həmin vaxtdan ya qapısını toxunulmaz saxlayır, ya da ən pis halda bir top buraxır.

Bu seriya yüksək liqa komandaları arasında Avropa rekordudur. "Qarabağ" Serbiya çempionu "Srvena Zvezda" ilə şərikli göstərici ilə qitənin önündə gedir. Seriyası bir oyun az olan Soliqorsk "Şaxtyor"u üçüncüdür.

Düzdür, İtaliyanın "Züdtirol" klubu 41 matçdır 2 və ya daha çox top buraxmır. Amma bu komanda C seriyasının A qrupunda çıxış edir.

Qeyd edək ki, davam edən seriyalar arasında dünyada yalnız bir yüksək liqa təmsilçisi "Qarabağ"la "Srvena Zvezda"nı qabaqlayır. Tacikistan "İstiqlal"ının seriyası 27 matçdan ibarətdir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1767   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Messinin varisi o oldu

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında

3 sentyabr
.

"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib

Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ

27 avqust
.

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə

29 avqust
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27 avqust
.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"

30 avqust
.

"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişdirilir

Bu axşam saat 20:00-da "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə -a "Bakı Metropoliteni" QSC-də

27 avqust
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29 avqust
.

Uşaq futboluna 10 milyon manat: "Sabah"dan nümunəvi təşəbbüs

"Sabah" futbol klubunun uşaq futboluna ayıracağı 10 milyon manatlıq vəsait nümunəvi addımdır. Düşünürəm ki, bu komanda bu günə qədər də uşaq futbolunun inkişafına yetərincə diqqət yetirib". Bunu BİG.AZ-a açıqlamasında futbol üzrə ekspert Kənan Məstəliyev bildirib. O, qeyd edib ki, istə

7 sentyabr
.

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır. "Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 17 yaşlı hücumameyilli yarımmüdafiəç

30 avqust