Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub
Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub.
"Report"un xəbərinə görə, Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.
68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya isə 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.
5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.
Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib. Əminağa Quliyev, Asiman Qurbanlı və İrina Zaretskaya qızıl, Tural Ağalarzadə, Turqut Həsənov və Murad Hacızadə bürünc medalla yarışı tamamlayıblar.
***
Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.
"Report"un xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5.
Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.
Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.
***
Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində daha iki medala sahib olublar.
AZƏRTAC xəbər verir ki, turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Turqut Həsənov üçüncü yer uğrunda görüşdə iranlı Zabiola Purşabı məğlub edib.
Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib.
Daha əvvəl millimizin üzvü Tural Ağalarzadə (67 kq) yarışı üçüncü pillədə başa vurmuşdu.
Yığmamızın 3 üzvü bu gün qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1262 Tarix: 04 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabr"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı
15 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabr"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır
İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət
20 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr