Çindəki zəlzələdə 30 nəfər öldü
Çinin Siçuan vilayətində baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 30-a çatıb.
"Qafqazinfo" xəbər verir ki, Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib.
Ətraf ərazilərdən bölgəyə texnika və xilasedicilər cəlb olunub. Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib. Dağıntılar altında insanların qaldığı güman olunur.
Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb. Vəsait axtarış-xilasetmə işlərinə, təbii fəlakətdən zərər görən sakinlərin təxliyəsinə və yerləşdirilməsinə, dağılmış tikililərin bərpasına yönəldiləcək. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 842 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dava edən silahlıları ayırmaq istəyən ana öldü, oğlu yaralandı
Türkiyədə silahlı dava iştirakçılarını ayırmaq istəyən qadın ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfanın Qarakörpü qəsəbəsində baş verib. Küçədə iki qrup arasında naməlum səbəbdən başlayan dava silahlı insidentə çevrilib. Bu zaman onları ayırmaq istəyən Heriman Altundağ və 15 yaşl
7 iyunZelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir
Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar. "Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlarda
7 iyunKİV: ABŞ-də 65 ildə ilk dəfə hərbçilər edam edilə bilərlər
ABŞ ordusu 1961-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmünə məhkum edilmiş dörd hərbçini edam edə bilər. xəbər verir ki, bu barədə ABC telekanalı daxili planlaşdırma sənədlərinə istinadən xəbər verir. Edam edilə biləcək məhkumlar qətl və təcavüz cinayətlərinə görə həbs olunublar. İlkin olaraq fevral ayınd
7 iyunMəşhur repçinin vəkili Maduronu müdafiə edəcək
ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuelanın sabiq prezidenti Nikolas Maduro müdafiəsi üçün repçi P.Diddinin (Şon Kombs) vəkili Anna Estevao ilə razılaşıb. -ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat verib. Qeyd edilir ki, Estevao Venesuelanın keçmiş liderinin narkoterrorizm və narkoti
7 iyunRusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil
Rusiyanın Hindistan və digər tərəfdaşlarla əməkdaşlığı siyasi mülahizələrə tabe deyil; Moskva zəruri hesab etdiyini edəcək və öhdəliklərini yerinə yetirəcək. "Report" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasınd
7 iyunPakistanda partlayıcı qurğu işə düşdü: Ölənlər var
Pakistanın Turbat şəhərində magistral yolun kənarına yerləşdirilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu avtomobillərin keçidi zamanı işə salınıb. Nəticədə üç nəfər həlak olub, bir nəfər isə yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. Meyitlər tələb olunan məhkəmə-tibb
8 iyun