Ermənilər niyə məhz Kəlbəcəri hədəfə alıblar? - Deputatdan AÇIQLAMA

Ermənilər niyə məhz Kəlbəcəri hədəfə alıblar? - Deputatdan AÇIQLAMA"Ermənistanın Kəlbəcər istiqamətində atəşkəs rejimini tez-tez pozması təsadüfi xarakter daşımır. Kəlbəcər Ermənistandan Qarabağa gedən iki yoldan biridir. Kəlbəcər yolu dağlıq olub, Laçın dəhlizindən daha qəliz yol sayılsa da, keçmiş DQMV-nın şimal ərazilərinə daha tez çatmağa imkan verir. Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası kontekstində Kəlbəcər yolunun Ermənistan və Qarabağ erməniləri üçün açılmasına razılıq vermişdi. Kəlbəcər yolunun açılması Ermənistandan Qarabağın şimal ərazilərinə yolu 500 km-dən 50-60 km-ə qədər qısalda bilərdi. Amma kommunikasiya əlaqələrinin bərpa edilməsinə can atmaq əvəzinə, Ermənistan vərdiş etdiyi davranışa sadiq qalaraq zorakı yollara üstünlük verib Kəlbəcər istiqamətində təxribatlar həyata keçirməyə başladı və bu gün də bunu məqsədli şəkildə davam etdirir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Ermənistanın təxribatlar üçün Kəlbəcər istiqamətini seçməsi hərbi məntiqi özündə təcəssüm etdirir:

"Kəlbəcərin Ermənistan tərəfindən I Qarabağ müharibəsi zamanı işğalı ermənilərə cəbhə xəttini bir neçə yüz kilometr qısaltmağa imkan verdi. Əgər buna qədər ermənilər Laçın, Basarkeçər və Ağdarə istiqamətində çoxlu canlı qüvvə və hərbi texnika saxlamağa məcbur idilərsə, Kəlbəcərin işğalından sonra onlar cinahlardan birini "təhlükəsiz" edib, qüvvələri digər cinahlar üzrə cəmləşdirə bildilər. Kəlbəcərin II Qarabağ müharibəsindən sonra geri qaytarılması Azərbaycan üçün böyük qələbə, Ermənistan üçünsə strateji itki oldu. Kəlbəcər həm də Azərbaycanla Ermənistanın yüksək dağlıq ərazili sərhəd rayonlarından biridir. Kəlbəcərin Camışdağ və Dəlidağ zirvələrinin hündürlüyü 3500 metrdən çoxdur. Bu zirvələrə nəzarət Azərbaycana Ermənistanla sərhəddə strateji üstünlük bəxş edir. Kəlbəcərin strateji əhəmiyyətini unutmayan Ermənistan Kəlbəcər ilə sərhəddə böyük qüvvələr saxlayıb, onu daima atəşdə saxlamağı vacib bilir".

Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova qeyd edib ki, Ermənistanın təxribatlar üçün Kəlbəcər istiqamətini seçməsinin iqtisadi məntiqi də var:

"Ermənistan I Qarabağ müharibəsi zamanı Kəlbəcəri işğal etməklə Söyüdlü (Zod) və 13 tondan artıq qızıl ehtiyatlarına malik Ağduzdağ və Tutxun yataqlarını ələ keçirib. Kəlbəcərin azad edilməsi bu qızıl yataqlarının Azərbaycanın nəzarətinə qayıtmasını şərtləndirdi. Dünya iqtisadi böhranı və Qərb dövlətlərinin Rusiya qızılına tədbiq etdiyi embarqo şəraitində dünya bazarlarında digər ökələrdən olan qızıla tələbat artıb. Azərbaycanın mədən işlərini bərpa etmək və bu yataqlardan gəlir əldə etməsinə mane olmaq üçün Ermənistan Kəlbəcərdə gərginliyin yüksək səviyyədə saxlanmasına çalışır.

Xatırladaq ki, Kəlbəcərin turizm baxımından gözəl təbiəti, əlverişli relyefi və zəngin mineral suları var. Meşələrin ümumi sahəsi isə təxminən 30 min hektardır. Yuxarı İstisu və Aşağı İstisu müalicəvi təsirə malik mineral su yataqlarıdır, Alagöllər, Qaragöl, Zalxa gölü və s. su hövzələri isə turizmin inkişaf etdirilməsi üçün münasib ərazilər hesab olunurlar. Kəlbəcərin relyefi heyvandarlığın, iqlimi isə üzümçülüyün, tütünçülüyün və tərəvəzçiliyin inkişafı baxımından əlverişlidir. Kənd təsərrüfatı və turizm həm Kəlbəcərin, həm də Şərqi Zəngəzurun bərpa olunmasında aparıcı rol oynaya bilər".

Deputat vurğulayıb ki, iqtisadi inkişaf azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıtmasını tezləşdirə bilər:

"Kəlbəcərin 77 minlik əhalisinin təxminən yarısı Gəncə, Bakı və Goranboyda yaşayır. İqtisadi dirçəliş əhalinin öz yurduna qayıtmasına və ölkə daxilində demoqrafik mobilliyinin artmasına şərait yaradacaq. Turizmin inkişafı əcnəbi turistlərin də Kəlbəcərə axın etməsinə və Azərbaycan iqtisadiyyatının inkişafına kömək edəcək.

Azərbaycanla rəqabəti özünə məqsəd seçən Ermənistan, təbii ki, Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə və güc balansının Bakının xeyrinə daha da dəyişməsinə imkan vermək istəmir. Güc balansının Ermənistanın xeyrinə dəyişməsi mümkün olmadıqda yeganə variant qarşı tərəfin inkişafına mane olmaq qalır.

Xüsusilə onu da qeyd etməliyik ki, Ermənistan və Qarabağa axan çayların əksəriyyəti Kəlbəcər üzərindən keçir. Kəlbəcərin Azərbaycanın nəzarətində olması Qarabağa və Ermənistana gedən su resurslarına nəzarət etmək baxımından vacib əhəmiyyət kəsb edir. Bu, Azərbaycana Ermənistan və separatçıların qalıqları üzərində əlavə təsir mexanizmləri bəxş edir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1465   Tarix: 07 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021