İkiqat dünya çempionumuz müsahibə vaxtı canlı yayımda ağladı – VİDEO

İkiqat dünya çempionumuz müsahibə vaxtı canlı yayımda ağladı – VİDEOAzərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.

30 yaşlı pəhləvan 55 kq çəki dərəcəsində ikiqat dünya çempionluğunu avqustun 19-da xəstəlikdən dünyasını dəyişmiş Vətən müharibəsi qazisi, polkovnik-leytenant Seymur Zülfüqarova həsr etdiyini bildirib.

Əzizli emosional durumunun səbəbini belə izah edib: "Bu qələbəmi çox önəmli şəxsə həsr etmək istəyirəm. Hansı ki, Müzəffər Ordumuzun qalib komandiri var idi. Mən yarışa gəlməmişdən 15 gün əvvəl qucağımda dünyasını dəyişdi. Polkovnik-leytenant Seymur Zülfüqarov da çempion olmağımı çox istəyirdi. Düşünürəm ki, sağ olsaydı, ən azı mənim qədər duyğulanar və fəxr edərdi".

Titullu idmançı 4 il əvvəl qazandığı dünya çempionluğu ilə indikini də müqayisə edib: "Birinci dəfə dünya çempionu olanda işin nə yerdə olduğunu tam bilmirdim. Amma 4 ildir ikinci dəfə dünya çempionu olmağı arzulayırdım. Sübut etmək istəyirdim ki, buna layiqəm. 4 il arzuladığım qələbəni Allah indi mənə nəsib edib. Bu il qatıldığım bütün yarışlarda maksimum nəticə vermişəm. Düşünürəm ki. bunların ardı gəlməlidir. Millətimizi medallarımızla daha da çox sevindirməliyik. Bu da mənə nəsib oldu. Bunun üçün nə qədər şükür etsəm, azdır".

30 yaşlı pəhləvan finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumiya ilə 9-cu dəfə üz-üzə gəldiyini xatırladıb: "Özümə inanırdım. Amma buna baxmayaraq o, dünya çempionudur. Görüşün həyəcanı var idi. İllərdir dünya çempionatının finalına çıxmağı arzulayırdım. Bu qələbə sevindiricidir. Səhviz mübarizə aparmaq üçün əlimdən gələni etdim. Heç kimə xal vermədən, hər görüşdə vaxtından əvvəl qələbə qazanaraq dünya çempionu oldum. Bu il bütün gücümüzü qoyduq. Allah bu çempionluğu bizə nəsib etdi".
Təcrübəli güləşçi olimpiya çempionu Fərid Mansurovun mundiallarda qazandığı nailiyyəti təkrarladığını xatırladıb: "Məhyəddin Allahverdiyev müstəqillik illərindən əvvəl 3 dəfə dünya çempionu olub. Hədəf ona çatmaqdır"./Report


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1625   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr
.

Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb

"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb

19 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək

14 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr