Yeddi qol, iki penalti, bir "qırmızı": "Qarabağ" "Sabah"ı çətinliklə məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura tura yekun vurulub.
Günün ikinci oyununda "Qarabağ" "Sabah"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə Coy Lens Mikels paytaxt təmsilçisinin 2-ci qolunu vurub. 69-cu dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 84 və 90+4-cü dəqiqələrdə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib. 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldib və "Neftçi"yə çatıb. 13 xala malik "Sabah" isə 3-cü sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə oynayıb - 1:1.
Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.
***
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.
"Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib.
Xallarının sayını 3-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 8-ci, 2 xala malik Şamaxı klubu isə 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.
(Report)
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1653 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25 oktyabr"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır
İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət
20 oktyabr"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı
Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"
22 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabr